Əfqanıstanda güclü zəlzələ - 250 ölü, 500 yaralı

Əfqanıstanda güclü zəlzələ - 250 ölü, 500 yaralı Əfqanıstanda zəlzələ nəticəsində azı 250 nəfər ölüb, 500-dən çox insan yaralanıb.

Bu barədə NBC telekanalı məlumat yayıb.

ABŞ Geoloji Xidmətinin məlumatına görə, zəlzələ yerli vaxtla bazar ertəsi gecə Pakistanla sərhədə yaxın Cəlalabad şəhərindən təxminən 20 km məsafədə 6 maqnitudada baş verib. Zəlzələ ocağı təxminən 8 km dərinlikdə yerləşib.

"Biz genişmiqyaslı xilasetmə əməliyyatına başlamışıq və yüzlərlə insanı zərər çəkmiş ərazilərin sakinlərinə kömək etmək üçün səfərbər etmişik", - ölkənin Səhiyyə Nazirliyinin sözçüsü Şərafət Zaman deyib.

Onun sözlərinə görə, zəlzələ ucqar dağlıq ərazidə baş verdiyi üçün "insan itkiləri və infrastruktura dəyən ziyanla bağlı dəqiq məlumat almaq vaxt aparacaq".(Report)

Oxşar xəbərlər