Sabah Türkiyə -Azərbaycan - Türkmənistan liderlərinin Zirvə toplantısı keçiriləcək

Sabah Türkiyə -Azərbaycan - Türkmənistan liderlərinin Zirvə toplantısı keçiriləcək Dekabrın 14-də Türkmənistan prezidenti Serdar Berdiməhəmmədovun dəvəti ilə Avazada Türkiyə-Azərbaycan-Türkmənistan prezidentlərinin birinci Zirvə görüşü keçiriləcək.

Türk mediası xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 13-14-də Zirvə görüşündə iştirak etmək üçün Türkmənistana səfər edəcək.
Zirvə görüşündə Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edəcək.

Zirvə toplantısında üç dost və qardaş ölkə arasında bütün sahələrdə, xüsusilə ticarət, enerji və nəqliyyat sahələrində əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində atılacaq addımlar müzakirə olunacaq və bu məqsədlə müxtəlif sazişlər imzalanacaq.

Toplantıda liderlər arasında ikitərəfli görüşlər də nəzərdə tutulur.

Oxşar xəbərlər