Türkmənistan və Özbəkistanla mövqelərimi üst-üstə düşür

Türkmənistan və Özbəkistanla mövqelərimi üst-üstə düşür
Avqustun 22-də Türkmənbaşı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov ilə geniş tərkibdə görüşü olub.
Görüşdə siyasi əlaqələrimizin mövcud durumundan məmnunluq ifadə olundu, Azərbaycanın və Türkmənistanın beynəlxalq təşkilatlar çərçivəsində daim bir-birini dəstəklədiyi, qlobal və regional məsələlər üzrə mövqelərinin üst-üstə düşdüyü vurğulandı. Xüsusilə BMT Baş Assambleyasında “Türkmənistanın daimi neytrallığı” adlı qəbul olunmuş qətnamədə Azərbaycanın həmmüəllif kimi çıxış etməsi Türkmənistana olan dəstəyin və dostluğun nümunəsi kimi qiymətləndirildi.
Dövlətimizin başçısı avqustda Türkmənistanda BMT-nin Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr üzrə konfransının uğurla keçirilməsi münasibətilə təbriklərini çatdırdı, bu tədbirdə Azərbaycanın yüksəksəviyyəli nümayəndə heyəti ilə təmsil olunduğunu vurğuladı.
Söhbət zamanı Azərbaycan, Türkmənistan, Özbəkistan istiqamətində də nəqliyyat dəhlizinin imkanları məsələlərinə toxunuldu. Bu xüsusda, bu gün keçiriləcək Azərbaycan-Türkmənistan-Özbəkistan formatında üçtərəfli görüşün əhəmiyyəti vurğulandı, bu tədbirin üç qardaş ölkə arasında əməkdaşlığın və tərəfdaşlığın inkişafına əlavə təkan verəcəyinə ümidvarlıq ifadə olundu.
Sonda Cənab Prezident İlham Əliyev bir daha vurğuladı ki, Azərbaycan, Türkmənistan və Özbəkistan arasında mədəni-iqtisadi əlaqələr bundan sonra daha da inkişaf edəcək və bu bölgə üçün müsbət nəticələr verəcək.
Xalqımız ,millətimiz üçün xeyirli olsun.

Sabunçu qəsəbəsi, 170 nömrəli tam orta məktəbin
tarix müəllimi Aludə Məmmədova

Oxşar xəbərlər