Laçın artıq yeni inkişaf dövrünü yaşayır

Laçın artıq yeni inkişaf dövrünü yaşayır
Tarixi Qələbə günlərinin əbədiləşdirilməsi məqsədilə Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib. Azərbaycan beynəlxalq hüquq və öz suveren hüquqları çərçivəsində bütün addımları atır. Heç kim dövlətimizin iradəsinə təsir edə bilməz, biz haqq yoluhdayıq və bizi kimsə yolumuzdan döndərə bilməz. 30 ildən sonra Laçın şəhərinin işğaldan azad olunması Azərbaycanın müasir tarixinin ən strateji hadisələrindən hesab edilir. İqtisadi cəhətdən böyük potensiala malik bölgələrimizdən olan Laçın şəhəri hər zaman regionun vacib yaşayış məntəqəsi kimi qəbul edilib. Təbii ehtiyatları ilə fərqlənən rayonda əsas inkişaf etmiş sahə kənd təsərrüfatı, xüsusilə də heyvandarlıq idi. Meyvəçilik, tütünçülük, üzümçülük, taxılçılıq, arıçılıq inkişaf etmiş sahələrdən hesab olunurdu. Laçın rayonunun zəngin təbii ehtiyatları - civə, xromit, mərmər, üzlük tikinti daşları və digər faydalı qazıntı ehtiyatları var. Rayonun dağıdılan iqtisadiyyatının bərpası və Azərbaycan iqtisadiyyatına reinteqrasiyası imkan verəcək ki, həm Laçının potensialı artsın, həm də rayon tam olaraq bərpa edilsin. İnanırıq ki, məskunlaşma, yəni Böyük Qayıdış prosesi ilə pararlel olaraq Laçının inkişafını da qısa müddətdə müşahidə edə biləcəyik. Azərbaycan xalqının iradəsini heç kim dəyişə bilməz. Xalqımız qurub yaradır. İşğaldan azad olunmuş bütün ərazilər tikinti meydançasına çevrilmişdir. Bu, Qarabağa və Şərqi Zəngəzura səfər edən hər kəsdə dağıdılıb talan olunan yaşayış məntəqələrimizi görəndə ermənilərin vəhşilikləri barəsində təsəvvür formalaşır. Amma ucalan yeni şəhər və kəndlərimizi, öz doğma yurdlarına qayıdan sakinləri, çəkilən müasir yolları, Beynəlxalq Hava Limanları və ərsəyə gələn yeni-yeni müəsisələri görəndə Azərbaycan xalqının yaradıcı və qurucu olduğunu öz gözləri ilə görürlər. Bu, bizim gücümüzü göstərir və öz torpaqımızda olduğunu bir daha sübut edir.
İnanırıq ki, Möhtərəm Prezidentimizin bütün sahələrdə olduğu kimi Şərqi Zəngəzur və Qarabağın abadlığa çevrilməsi öz təsdiqini tapacaqdır. Bu yolda Möhtrərəm Prezidentimizi dəstəkləyir və demək istəyirik ki, həmişə onunla birlikdəyik.
Vüqar Muradov-YAP Saunçu rayon təşkilatının fəal üzvü, Vətən müharibəsi qazisi


Oxşar xəbərlər