“MTN işi”ndə adı hallanan qurumda yeni - TƏYİNAT

“MTN işi”ndə adı hallanan qurumda yeni - TƏYİNAT Tağıyev baş direktor müşaviri vəzifəsində çalışıb

Bakı Telefon Rabitəsi İstehsalat Birliyinə (BTRİB) texniki direktor təyin olunub.

Bu şəxs rabitə sahəsində uzun müddətdir çalışan Razi Tağıyevdir.

Razi Tağıyev daha öncə “AZ-Evrotel” MMC-nin internet şöbəsinin rəisi və “Aztelekom” İstehsalat Birliyinin baş direktor müşaviri vəzifəsində çalışıb.

Xatırladaq ki, “MTN işi” çərçivəsində aparılan əməliyyatlar zamanı Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) rəhbəri Beytulla Hüseynov vəzifəsindən azad olunub. Onun vəzifələrini müvəqqəti texniki direktor Rəsul Qurbanov icra edirdi. Rəsul Qurbanovu isə Yasamal Rayon Telefon Qovuşağına baş mühəndis təyin ediblər.

Oxşar xəbərlər