
Bu barədə millət vəkili Vüqar Bayramov məlumat verib.
Onun sözlərinə görə, həmin müddətdə Azərbaycana gələn turistlərin sayı 1.7 faiz azalaraq 1 milyon 477 min nəfər olub:
"Körfəz və MBD dövlətlərindən gələnlərin sayının azalması ümumi saya təsirsiz ötüşməyib. Eyni zamanda, Hindistandan gələn turistlərin sayı da ümumi turizm payında azalmaqdadır.
Ərəb dövlətlərindən gələn ziyarətçilərin sayının azalması fonunda turizm strukturunda baş verən dəyişikliklər təsdiq edir ki, yeni gəlmə destinasiyalar ilə daha sıx əməkdaşlıq qurulmasına ehtiyac var. Strareji tərəfdaşlığımız olan dövlətlər ilə, xüsusən də Çin ilə turizm sahəsində güclü əməkdaşlıq aktualdır. Çinin böyük getmə turizm potensialının olmasına baxmayaraq hələ də həmin ölkədən gələn turistlərin sayı ümumi əcnəbilərin cəmi 2.3 faizini təşkil edir. Halbuki, potensial və imkanlar daha böyükdür.
Turizm neftdən sonra Azərbaycana ən çox valyuta gətirən sektordur. Pandemiyadan öncə illik turizm gəlirləri 2.7 milyard dollara yaxın idi. Bu sektor həmçinin məşğulluğa da xüsusi töhvə verir. Bu baxımdan, turizm infrastrukturunun daha da inkişaf etdirilməsi və qiymətlərin optimallaşdırılması Azərbaycana daha çox turistin gəlməsinə imkan yarada bilər. Daha qısa zamanda pre-pandemiya göstəricilərinə çatmaq prioritet olaraq qalmaqdadır. Gəlmə turistlərin sayının azalması isə yeni çağrışları daha da aktuallaşdırır".