Bir gecədə 10-larla villa külə döndü

Bir gecədə 10-larla villa külə döndü Türkiyənin Çanaqqa bölgəsində başlayan yanğın dəhşətli nəticələrə səbəb olub. Avqustun 11-də günorta saatlarında Çanaqqalanın Kəpəz ərazisində əkin sahəsində başlayan yanğın külək əsməsi nəticəsində tez bir zamanda meşəlik əraziyə keçib.

Hadisə yerinə çoxsaylı yanğınsöndürən dəstə göndərilsə də, yanğının qarşısını almaq mümkün olmayıb.

Yanğın axşam saatlarında meşə ərazisində yerləşən Güzelyalı rayonundakı yaşayış massivinə keçib. Nəticədə bölgədə yerləşən onlarla villa yanaraq külə dönüb.

Villaların yanmasını və yanğın zamanı ortaya çıxan dəhşətli mənzərəni avqustun 12-də səhər saatlarında pilotsuz uçan aparatlar lentə alınıb.

Oxşar xəbərlər