
Bu barədə jurnalist Aleks Raufoğlu öz sosial şəbəkə hesabında yazıb.
ABŞ Prezidenti Donald Tramp cümə günü Ağ Evdə Ermənistanın Baş naziri Nikol Paşinyan və Azərbaycanın Prezidenti İlham Əliyevlə ayrı-ayrılıqda görüşəcək, ardınca isə üçtərəfli imzalanma mərasimi keçiriləcək.
Ağ Evin açıqladığı cədvələ görə, Tramp saat 14:30-da Paşinyanı qarşılayacaq, 14:35-də ikitərəfli görüş, 15:05-də isə imzalanma mərasimi keçiriləcək.
Saat 15:10-da Əliyevlə salamlaşma mərasimi, 15:15-də ikitərəfli görüş, 15:45-də isə imzalanma mərasimi nəzərdə tutulub.
Günün yekununda, saat 16:15-də Ağ Evdə hər iki liderin iştirakı ilə üçtərəfli imzalanma mərasimi baş tutacaq.