Azərbaycan komandoları Pakistanda hərbi paradda iştirak edəcək

Azərbaycan komandoları Pakistanda hərbi paradda iştirak edəcək Pakistanın paytaxtı İslamabad şəhərində ilk dəfə keçiriləcək "Müstəqillik günü" və "Haqqın qələbəsi"nə həsr edilmiş hərbi paradda iştirak etmək üçün Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu Bakıdan yola düşüb.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, hərbi paradda Azərbaycanı ölkə ordusunun bir qrup komando heyəti və Heydər Əliyev adına Hərbi İnstitutun Hərbi Orkestri təmsil edəcək.

Oxşar xəbərlər