Prezident: "Bu, bir daha bizim birliyimizi, bizim dostluğumuzu, qardaşlığımızı göstərir"

Prezident: “Bu gün tarixi bir gündür. Bu gün Azadlıq meydanında Zəfər paradı keçirilir. Mən çox şadam ki, bu paradda mənim dəvətimi qəbul edərək Türkiyə Prezidenti, əziz qardaşım Rəcəb Tayyib Ərdoğan iştirak edir”.
Report xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev bu gün Vətən müharibəsində qələbəyə həsr olunmuş hərbi paradda çıxışı zamanı deyib.

“Eyni zamanda, Türkiyədən gəlmiş böyük nümayəndə heyəti iştirak edir və türk əsgər və zabitləri iştirak edir. Bu, bir daha bizim birliyimizi, bizim dostluğumuzu, qardaşlığımızı göstərir”, - Prezident əlavə edib.

Oxşar xəbərlər