
oxu.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
Bildirilib ki, hadisə zamanı bir qadın xəsarət alıb, ona tibbi yardım göstərilib.
Eyni zamanda, İtaliyanın şərqindəki Delta del Po sahillərində nəhəng su burulğanları qeydə alınıb. İki sütun formasında yaranan burulğanların sonra birləşdikləri görünür.
İtaliya Meteoroloji Xidməti bazar ertəsi şimal bölgələri üçün ortasəviyyəli hava xəbərdarlığı yayıb. Marke və Umbriya bölgələrində isə şiddətli yağış və ildırım gözlənilir.