
Bu bəyanatı Hindistan Xarici İşlər Naziri Subramaniam Cayşankar parlamentin yuxarı palatasında "Sindur" əməliyyatına həsr olunmuş müzakirələr zamanı səsləndirib.
Onun sözlərinə görə, bu müqavilə "dostluq niyyəti ilə imzalanmışdı", lakin 1960-cı ildən bəri bu sazişin ruhunu sarsıdan çoxsaylı hadisələr baş verib.
Qeyd edək ki, 1960-cı ildə imzalanmış sazişə əsasən, Pakistan Hind çayı və onun əsas qolları (Çinab və Celam) üzərində nəzarət hüququ əldə edib. Aprelin 22-də Cammu və Kəşmirdə baş verən terror aktından sonra Hindistanın Xarici İşlər Nazirliyi müqavilənin icrasının dərhal dayandırıldığını elan edib. Rəsmi Nyu-Delhi 26 nəfərin ölümü ilə nəticələnən terror aktında transsərhəd əlaqələri müəyyən etdikdən sonra bu addımı atıb. Mayın 7-də Hindistan ordusu Pakistan ərazisində yerləşən hədəflərə qarşı "Sindu" adlı hərbi əməliyyata başlayıb. Pakistan cavab zərbələri endirib. Mayın 10-da tərəflər atəşkəs elan ediblər. Hindistan əməliyyatın dayandırıldığını, lakin hələ yekunlaşmadığını bildirib.(oxu.az)