
Elmi bilik və peşə təcrübəsi
Dr. Dilqəm Məhərrəmov uzun illərin elmi və praktik təcrübəsinə sahib həkim kimi formalaşıb. Onun təhsil və elmi fəaliyyət istiqamətləri plastik, estetik və rekonstruktiv cərrahiyyənin ən müasir texnologiyalarını əhatə edir. Bu sahədə əldə etdiyi PhD elmi dərəcəsi onun dərin nəzəri hazırlığını və elmi tədqiqat işlərindəki nailiyyətlərini təsdiqləyir.
Estetik və rekonstruktiv cərrahiyyədə yüksək nəticələr
Dr. Dilqəm Məhərrəmovun fəaliyyət sahəsi estetik və rekonstruktiv cərrahiyyənin geniş spektrini əhatə edir və bu sahədə onun zəngin təcrübəsi və peşəkarlığı xüsusi önə çəkilir. Onun əsas fəaliyyət istiqamətlərinə üz, burun, qulaq, dodaq və süd vəzisi cərrahiyyəsi, bədən formalaşdırma əməliyyatları, yanıqlar və müxtəlif travmalar nəticəsində yaranan deformasiyaların aradan qaldırılması daxildir. Bu əməliyyatlar həm estetik, həm də funksional məqsədlərə xidmət edərək xəstələrin həyat keyfiyyətinin yüksəlməsinə və psixoloji rahatlıqlarının bərpa olunmasına şərait yaradır.
Dr. Dilqəm Məhərrəmov hər bir xəstənin fərdi anatomik xüsusiyyətlərini, sağlamlıq vəziyyətini və şəxsi gözləntilərini nəzərə alaraq, əməliyyat planını xüsusi dəqiqliklə hazırlayır. Onun iş metodologiyası ən müasir cərrahi texnologiyaların tətbiqinə əsaslanır və bu, əməliyyatların daha təhlükəsiz və effektiv şəkildə həyata keçirilməsinə imkan verir. Bu yanaşma nəticəsində əməliyyatlardan sonra sağalma müddəti daha qısa olur və əldə olunan nəticələr həm estetik baxımdan təbii, həm də xəstənin məmnunluğunu təmin edəcək səviyyədə olur.
Xüsusilə yanıqlar və ağır travmalar nəticəsində yaranan deformasiyaların aradan qaldırılması istiqamətində Dr. Dilqəm Məhərrəmovun fəaliyyəti mühüm əhəmiyyət daşıyır. Bu əməliyyatlar xəstələrin yalnız xarici görünüşünü bərpa etmir, eyni zamanda onların sosial həyata inteqrasiyasını və özünəinamını artırır. Onun bu sahədəki nailiyyətləri bir çox xəstəyə ikinci həyat qazandırmış və onların özlərini daha komfortlu hiss etmələrinə şərait yaratmışdır.
Dr. Dilqəm Məhərrəmovun əsas prinsiplərindən biri xəstə məmnuniyyətidir. O, əməliyyat öncəsi və sonrakı mərhələlərdə xəstələri daim məlumatlandırır, bütün suallarını cavablandırır və reabilitasiya prosesində onlara xüsusi dəstək göstərir. Peşəkar yanaşması və insanpərvər davranışı nəticəsində o, pasiyentlərinin etimadını qazanmış və öz sahəsində tanınmış mütəxəssislərdən birinə çevrilmişdir.
“Medilux” klinikasında müasir tibbi mühit
Onun çalışdığı “Medilux” klinikası müasir tibbi avadanlıqlarla təchiz edilib və yüksək standartlara cavab verən xidmətlər göstərir. Dr. Dilqəm Məhərrəmov burada yalnız estetik məqsədli əməliyyatlar həyata keçirmir, həm də rekonstruktiv əməliyyatlarla insanların sağlamlıq və həyat keyfiyyətini bərpa edir.
Xəstəyə fərdi yanaşma və etibar
Hər bir xəstəyə fərdi yanaşma, onun istəklərinin və ehtiyaclarının diqqətlə nəzərə alınması Dr. Dilqəm Məhərrəmovun əsas prinsiplərindən biridir. Xəstələri ilə səmimi münasibət quraraq, onları əməliyyat öncəsi və sonrasında peşəkar şəkildə müşayiət etməsi ona böyük etibar qazandırıb.
Sosial məsuliyyət və humanist yanaşma
Dr. Dilqəm Məhərrəmov yalnız peşəkar fəaliyyəti ilə deyil, həm də sosial həssas insanlara diqqəti ilə tanınır. O, zəruri hallarda şəhid ailələri və qazilərə dəstək göstərir, həmçinin tibbi yardıma ehtiyacı olan aztəminatlı şəxslərin müalicə və bərpasına xüsusi önəm verir.
Elm və tədris sahəsində töhfələr
O, yalnız praktik həkim kimi deyil, həm də gənc həkimlərin yetişdirilməsində fəal iştirak edir, elmi məqalələr və araşdırmalarla tibbi elmin inkişafına töhfə verir. Müxtəlif beynəlxalq konfrans və seminarların iştirakçısı olaraq Azərbaycan tibb elmini dünya səviyyəsində təmsil edir.
Nəticə:
PhD Dr. Dilqəm Məhərrəmov plastik, estetik və rekonstruktiv cərrahiyyə sahəsində peşəkarlığı, xəstələrə göstərdiyi diqqət və humanist yanaşması ilə seçilən həkimlərdən biridir. Onun fəaliyyəti yalnız tibbi nəticələrə deyil, insanların həyat keyfiyyətinin və özünəinamının bərpasına yönəlib.
“Medilux” klinikasının Plastik, Estetik və Rekonstruktiv Cərrahı, tibb elmləri doktoru PhD Dr. Dilqəm Məhərrəmov - Qlobal problemlərin həllində söz sahibi. Prezident İlham Əliyev iyulun 19-da Xankəndidə "Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi" mövzusunda öz işinə başlayan III Şuşa Qlobal Media Forumunda çıxışına bu sözlərlə başladı: “Mən bütün qonaqlarımızı Qarabağda salamlamaq istəyirəm. Çox sağ olun ki, bizimləsiniz. Üçüncü dəfədir ki, belə bir mühüm tədbir Qarabağda keçirilir. Şuşa Media Forumu artıq ənənəvi xarakter alıb. Ümid edirəm ki, bu ənənə davam edəcək və vaxt keçdikcə qonaqların sayı artır, coğrafi əhatə daha da genişlənir. Bütün bunlar bir daha göstərir ki, ən mühüm mövzuların mehriban şəraitdə açıq müzakirələrinə böyük ehtiyac var. Söhbət təkcə mediadan deyil, həmçinin qlobal gündəlikdən gedir. Dünyada vəziyyət sürətlə dəyişir. Əgər ötən il Şuşada keçirilmiş Forumdan başlasaq görərik ki, nə qədər çox dəyişikliklər baş verib”.
2023-cü ildə Türk dünyasının Mədəniyyət Paytaxtı - Şuşada 50-dən çox ölkədən gələn jurnalistlərin iştirakı ilə I Qlobal Media Forumu start götürdü. Forum erməni işğalından, tapdağından azad olunan Şuşada həyata keçirilən ilk böyük beynəlxalq forum kimi tarixə yazıldı, Azərbaycan həqiqətləri beynəlxalq jurnalistlərə birbaşa yerində çatdırıldı. Füzuliyə, Şuşaya gələn Forum iştirakçıları ermənilərin xarabalığa çevirdikləri ərazilərdə Azərbaycanın iqtisadi qüdrəti sayəsində qısa vaxtda yaratdılan möcüzələri görüb heyran qaldılar.
2024-cü ildə II Qlobal Media Forumunda daha çox xarici nümayəndələr iştirak etdi. Onlar dünyada dezinformasiyaya qarşı beynəlxalq əməkdaşlıq, sosial media nizamlaması, media savadlılığı və süni intellektin rolu mövzularını müzakirə etdilər.
Bu il 52 ölkədən 140 xarici qonağın, o cümlədən 30-a yaxın informasiya agentliyinin, 7 beynəlxalq təşkilatın, 80 media strukturunun, eləcə də digər ixtisaslaşmış qurumların nümayəndələrinin iştirak ilə III Şuşa Qlobal Media Forumu Xankəndidə başladı, Şuşada davam etdi. Forum rəqəmsal keçidlər, süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi mövzusu ilə dünya ictimaiyyətinin diqqət mərkəzində oldu. Medianın çağırışlar və imkanlar qarşısında müqavimətinin gücləndirilməsinə, o cümlədən rəqəmsal transformasiyanın təsirinə və müstəqil jurnalistikanın, sülhün, inkişafın, qarşılıqlı anlaşmanın daha da artırılmasına yönələn müzakirələr Forumun əsas xəttini təşkil etdi.
III Şuşa Qlobal Media Forumunda iştirakçılarının suallarını cavablandıran ölkə Prezidenti cənab İlham Əliyev regionda baş verən bütün hadisələri dəyərləndirdi, yeni reallıqlarla bağlı fikirlərini bölüşdü və Azərbaycan həqiqətləri ilə yanaşı, ölkə mediasının bugünkü vəziyyətini qiymətləndirdi.
III Şuşa Qlobal Media Forumunda Prezident İlham Əliyevin Azərbaycan mediasının fəaliyyətini yüksək dəyərləndirməsi isə KİV-ə göstərilən böyük etimadın göstəricisi və zəhmətinə verilən ən yüksək, ali qiymət oldu. Forumda Prezident İlham Əliyevin media haqqında söylədiyi fikirlər həm də ölkənin mətbuat işçiləri qarşısında ciddi məsuliyyət və yeni hədəflər qoyur.
III Şuşa Qlobal Media Forumu həm Azərbaycan, həm də beynəlxalq ictimaiyyət üçün mühüm platforma olaraq medianın gələcəyini formalaşdıran məsələlər üzərində diqqəti artırdı. Süni intellektin media sahəsinə gətirdiyi imkanları və riskləri bir arada müzakirə etmək, informasiya təhlükəsizliyində medianın rolunu gücləndirmək və media savadlılığını yüksəltmək forumun ən vacib hədəfləri oldu.
Artıq bir ənənəyə çevrilən, qlobal problemlərin müzakirə platformasına çevrilən Şuşa Qlobal Media Forumu təşəbbüsdən daha çox instituta çevrildiyini təsdiq edildi.