
"Bu barədə Ukraynanın “Strana.ua” nəşri məlumat yayıb.
"Starlink bütün cəbhə xətti boyunca fəaliyyətini dayandırıb", - məlumatda deyilir.
"SHOT" Telegram kanalı yazır ki, SpaceX rəhbəri hazırda bu məlumatı şərh etməyib . Həmçinin bildirilir ki, nasazlıq qlobal xarakter daşıyır. Starlink peyk sistemi bütün dünyada qismən sıradan çıxıb.
Öz növbəsində, Downdetector portalı xəbər verir ki, Starlink peyk İnternetinin işində fasilələr bütün dünyada qeydə alınıb, nasazlıqla bağlı müraciətlərin sayı 50 mini keçib.
Starlink İnterneti 2022-ci ildən Ukrayna ordusu tərəfindən istifadə olunur.
Ukrayna hərbi rəsmiləri bildirir ki, pilotsuz təyyarələr antenaları və Starlink peyk terminallarını qəsdən sıradan çıxarırlar. Bu da Ukrayna Silahlı Qüvvələrinin cəbhədə fəaliyyətinin əlaqələndirilməsini ciddi şəkildə çətinləşdirir.