
Bu barədə "Tayms of İsrail" nəşri Netanyahunun ofisinə istinadən məlumat yayıb.
Bildirilir ki, qərar İsraildə məsləhətləşmələrin davam etdirilməsi məqsədilə verilib.
"Qətər və Misir vasitəçilərinin, eləcə də ABŞ-ın xüsusi nümayəndəsi Stiven Uitkofun danışıqlarda irəliləyiş əldə etmək səylərini yüksək qiymətləndiririk", – Netanyahunun ofisinin bəyanatında qeyd olunub.
Məlumata görə, bu bəyanatın danışıqların tam dayandırılması mənasını verib-vermədiyi bəlli deyil.(Axar.az)