
Axar.az xəbər verir ki, bu barədə “Kommersant” məlumat yayıb.
Qeyd olunub ki, oğlu ilə birlikdə “Baku Plaza” ticarət mərkəzinin yaxınlığında xüsusi təyinatlılar tərəfindən saxlanılan Sverdlovsk vilayətindəki Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst buraxılıb. O, yalnız səs-küylü iş üzrə şahid qismində dindirilib. Rusiyanın İstintaq Komitəsindəki mənbə təsdiqləyib ki, digər məhbuslar, o cümlədən əvvəllər həbs olunmuşlar hələ də həbsdədir və onların prosessual statusu dəyişməyib.
Nəşr vurğulayıb ki, “Sputnik Azərbaycan” jurnalistləri Bakıda sərbəst buraxıldıqdan sonra vəziyyət yumşalmağa doğru inkişaf edə bilər.