
"Bununla da, Rusiya Əfqanıstanın “Taliban” hökumətini tanıyan ilk dövlət olub.
“Hesab edirik ki, Əfqanıstan İslam Əmirliyi hökumətinin rəsmi tanınması aktı ölkələrimiz arasında müxtəlif sahələrdə məhsuldar ikitərəfli əməkdaşlığın inkişafına təkan verəcək”, - Rusiya Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında deyilir.
Artıq “Taliban” hərəkatının bayrağı Əfqanıstan bayrağı kimi Moskvadakı səfirliyin üzərində dalğalanır.