
Yerin fırlanma oxu ilə Günəşin istiqaməti arasında ən kiçik bucaq əmələ gəlib.
Nəticədə Günəş səmada ilin ən yüksək nöqtəsinə çatıb. Bakıda Günəş bu gün günorta vaxtı üfüqdən 73.1° hündürlükdə, yəni maksimum yüksəklikdə görünəcək.
Eyni zamanda bu gün ilin ən uzun gündüzünün və ən qısa gecəsinin müşahidə olunduğu gündür. Gündüzün uzunluğu 15 saat 3 dəqiqə 24 saniyə, gecənin uzunluğu isə 8 saat 56 dəqiqə 36 saniyə olacaq.
Yay fəslinin uzunluğu isə 93 gün 15 saat 37 dəqiqə 5 saniyə təşkil edəcək.