İran-İsrail münaqişəsində geri dönüşü olmayan nöqtə... - The Economist

İran-İsrail münaqişəsində geri dönüşü olmayan nöqtə... - The Economist Kəşfiyyatın nüvə proqramının "dönməz nöqtəyə" çatdığını deməsindən sonra İsrail İrana qarşı əməliyyata başlayıb.

“The Economist” materiallarla tanış olan yüksək səviyyəli mənbəyə istinadən xəbər verir ki, İsrail İranın nüvə silahı inkişafında “geri dönüşü olmayan nöqtəyə” çatdığını göstərən kəşfiyyat məlumatları alıb. İsrail hakimiyyəti daha sonra məlumatı ABŞ və digər Qərb tərəfdaşlarına ötürdü.

Müttəfiqlərə təqdim olunan dosye İranın nüvə proqramının sürətləndiyini göstərən iki əsas sübutdan ibarət idi:

- Əvvəlcə bir qrup iranlı alim MAQATE ekspertlərindən zənginləşmə səviyyəsi məlum olmayan müəyyən miqdarda nüvə materialını gizlədib.

- İkincisi, məlum olub ki, alimlər işlərini gücləndirib və İranın raket qüvvələrinin komandanlığı ilə görüş planlaşdırıblar. Ehtimallara görə, görüşün məqsədi nüvə başlığının raket sistemi ilə mümkün inteqrasiyasına hazırlıq olub.

Xatırladaq ki, ABŞ Milli Kəşfiyyat direktoru Tulsi Qabbard İran-İsrail gərginliyi fonunda Ağ Evdəki daxili müzakirələrdən kənarlaşdırılıb. O, ABŞ-nin xarici hərbi müdaxilələrinə qarşı çıxması ilə tanınır və İranla bağlı vəziyyətdə də eyni mövqedə qalıb. İddialara görə, o, Avropa müttəfiqləri ilə İran arasında əlaqə qurmaq üçün pərdəarxası diplomatiya aparıb. Bu təşəbbüslər Trampın sərt mövqeyi ilə toqquşub. Xüsusilə də mart ayında Qabbardın İranın nüvə silahı hazırladığına dair heç bir dəlilin olmadığını bildirməsi prezidentin qəzəbinə səbəb olub.

Oxşar xəbərlər