
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının, Kioto Protokolunun tərəflər görüşünün 19-cu sessiyasının və Paris Sazişinin tərəflər görüşünün 6-cı sessiyasının 2024-cü ildə Bakı şəhərində keçirilməsi ilə bağlı cənab Prezident İlham Əliyev tərəfindən 13 yanvar 2024-cü ildə Təşkilat Komitəsi yaradılması haqqında sərəncam imzalanmışdır.COP29 tədbiri 11-12 noyabr tarixlərində Bakı şəhərində baş tutmuşdur.COP29 konfransı zamanı, Azərbaycan öz zəngin mədəni irsini və təbii gözəlliklərini nümayiş etdirməklə yanaşı, ekoloji dayanıqlıq və yaşıl texnologiyaların inkişafı istiqamətində öz səylərini də dünya ictimaiyyətinə təqdim etdi.
COP29-un Azərbaycan üçün faydaları ondan ibarətdir ki, COP29 Azərbaycanın istixana qazı emissiyalarını azaltmaq üzrə öhdəliklərini yerinə yetirməsinə kömək edərək ölkənin ekoloji vəziyyətini yaxşılaşdırıb, havanın keyfiyyətini artıraraq,nəticədə iqlim dəyişikliyinin təsirlərini azaltmağa kömək edəcək. Azərbaycan istixana qazı emissiyalarını 2050-ci ilə qədər 40% azaltmağı məqsəd qoyub. Bu da Paris Sazişinə uyğun olaraq qlobal iqlim məqsədlərinə töhfə verir
Nəhayət, COP29-un Azərbaycanda keçirilməsinin regional və qlobal təhlükəsizlik sistemi arxitekturasının formalaşdırılması, qarşılıqlı fayda verən əməkdaşlıq platformalarının reallaşdırılması aspektində ciddi stimulverirci hadisədir. Həmin özəlliyi cənab Prezident İlham Əliyev diplomatik məharətlə tədbirdəki nitqində ifadə etmişdir. Dövlət başçısı demişdir: “İndi isə mən enerji təhlükəsizliyinin digər seqmenti haqqında bir neçə söz söyləmək istərdim. Bu da neft və qazla bağlıdır. Anlayıram ki, bu mövzu iqlim dəyişmələrinə aid konfransda o qədər də populyar deyil. Lakin bunsuz mənim şərhlərim tam olmazdı”.
Cənab Prezidentin bu fikri enerji təhlükəsizliyi məsələsinin milli təhlükəsizliklə sıx bağlılığını ifadə edir. Milli təhlükəsizlik özlüyündə geniş anlayışdır və XXI əsrdə ilk baxışdan bir-birindən uzaq olan iqlim dəyişikliyi ilə enerji təhlükəsizliyini də ehtiva etməsi günün reallığıdır. Çünki enerji hasilatı ekologiyaya təsir edir, bu isə iqlim dəyişikliyinə səbəb olur. Deməli, enerji strategiyası (istehsal+daşınma) birbaşa iqlimə, torpağa, suya, bütövlükdə, atmosferə ciddi təsir edən faktorlardandır. O halda lazımdır ki, bu sahədə fəal olan dövlətlər enerji istehsalı və daşınması ilə onun sərf edilməsi və nəticədə bu mərhələlərin atmosferə təsirini kompleks müəyyən edə bilsinlər. Həmin əsasda real proqnozlar verə bilmək şansı meydana gəlir.
COP29 haqqında danışarkən onun həqiqətən də uğurlu olduğunu qeyd etməliyik.Onun “Bakı sıçrayışı” adlandırılması bir çox hədəflərə nail olmağımızla bağlıdır. Onların hər birini sadalamaq istəmirəm. Ancaq burada mühüm nailiyyət kimi, İtki və Zərər Fondunu və inkişafda olan ölkələr üçün nəzərdə tutulmuş yardımın 100 milyard dollardan 300 milyard dollara qədər artırılmasını qeyd etmək istəyirəm. Bununla yanaşı, 10 il davam edən müzakirələrdən sonra karbon bazarı da işlək vəziyyətə gətirildi.Bundan əlavə onuda qeyd etməliyəm ki, COP 29 konfransı Azərbaycanın iqtisadiyyatına müsbət təsir göstərərək beynəlxalq konfransın keçirilməsi turizm sektorunu canlandırıb, yerli müəssisələrə və xidmət sektoruna əlavə gəlirlərin gəlməsinə müsbət təsir etdi həmçinin, bu tədbir yeni investisiyaların və texnologiyaların cəlb olunmasına şərait yaradıb və yaşıl iqtisadiyyatın inkişafına güclü təkan vermiş oldu.Bununla yanaşı COP29 işğaldan azad edilən ərazilərdəki ekoloji problemlər üçün də vacibdir.İşğaldan azad olunmuş ərazilərimizdə bərpa işləri həyata keçirilir və bu işlər həm də COP29 Azərbaycanın öhdəliklərinə uyğun şəkildə aparılmışdır.
COP29-un Azərbaycanda keçirilməsi, ölkəmizin iqlim dəyişikliyi ilə mübarizədə qlobal səviyyədə fəallığını və bu sahədəki öhdəliklərini nümayiş etdirmək üçün bir fürsət olmuşdur. Enerji bazarında məsuliyyətli faktor, hər zaman real hədəfləri qarşısına qoyan və müxtəlif oyunçuları bir araya gətirə bilən ev sahibi olan Azərbaycanın mirası məhz bundan ibarətdir.
COP29-la bağlı daha bir hədəfimiz Qlobal Cənub və Qlobal Şimal arasında körpünün qurulması idi və biz buna nail ola bildik. Hədəf ətraf mühiti ən çox çirkləndirən ölkələr, – inkişaf etmiş ölkələr, – və bundan əziyyət çəkən, hətta bəzilərinin mövcudluğuna təhlükə olan inkişafda olan ölkələr arasında etimadın artırılması idi.
COP 29 tədbiri Azərbaycan cəmiyyətində iqlim dəyişikliyi və ekoloji problemlər haqqında maarifləndirmə səviyyəsini artırmış oldu.Bu, vətəndaşların ekoloji problemlərə qarşı daha məsuliyyətli davranış sərgiləməsinə və ekoloji layihələrdə aktiv iştirak etməsinə səbəb olmuşdurş.Həmçinin, yerli icmaların və qeyri-hökumət təşkilatlarının iştirakı təşviq edildi. Bu faydalar Azərbaycanın həm ekoloji dayanıqlığını artırıb,həm də iqtisadi inkişafına və beynəlxalq mövqeyinə əhəmiyyətli töhfələr verdi.
Deməli, iqlim dəyişikliyi, enerji təhlükəsizliyi, elm, sosial-iqtisadi fəaliyyət, mənəvi-əxlaqi dəyərlər sistem halında hər bir dövlətin milli təhlükəsizliyi aspektində vacib komponentlərdir. Bütövlükdə, insanın fərd kimi, cəmiyyətin kollektiv varlıq olaraq və dövlətin idarəedən əsas qurum kimi şüuri fəaliyyətində dəyişikliklər olmalıdır. İqlim dəyişikliyinin müsbət məcraya yönəldilməsi insan şüurunun dəişməsindən başlayır. İnsanın özünə, cəmiyyətə və dövlətə münasibətindən başlayır. Eyni zamanda, hər bir dövlətin iqtidarının cəmiyyətə, vətəndaşlarına və başqa dövlətlərə münasibətindən başlayır!
İnkişaf etməkdə olan kiçik ada dövlətlərinə yardım paketi də COP29-da elan edildi və biz köməyimizə ehtiyacı olan ölkələrə dəstək verməyə davam edəcəyik.
Ramana qəsəbəsi, 198 nömrəli tam orta məktəbin
Kargüzarı Badam Muradova