İstehsal edilən yaşıl enerjinin Xəzər-Qara dəniz marşrutu ilə dünya bazarlarına ixracı üçün geniş imkanlar yaradır

İstehsal edilən yaşıl enerjinin Xəzər-Qara dəniz marşrutu ilə dünya bazarlarına ixracı üçün geniş imkanlar yaradır
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP) hər il keçirilir və sədrlik BMT-nin beş regionu arasında rotasiya olunur.
Azərbaycan dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a ev sahibliyi etdi. COP29, 11 Noyabr 2024-dən 22 Noyabr 2024-ə qədər Bakıda, Olimpiya Stadionunda keçirilmişdir. Bu beynəlxalq konfrans, qlobal iqlim dəyişikliyi ilə mübarizəyə yönəlmişdir və dünyanın ən böyük tədbiri hesab edilir. COP29-da iştirak üçün 72 min nəfər qeydiyyatdan keçmişdir. COP29 konfransının açılış mərasimində cənab prezident İlham Əliyev çıxış etdi. Sammitə gələn rəsmiləri Azərbaycan Prezidenti İlham Əliyev və BMT-nin Baş katibi António Guterres qarşıladı.
Konfransda SOCAR ilə Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı şirkətləri arasında Xəzər dənizinin Azərbaycan sektorunda 3,5 giqavatlıq külək elektrik enerjisi istehsalı üzrə anlaşma memorandumu imzalandı. COP29 zamanı Azərbaycan, Qazaxıstan və Özbəkistan dövlət başçıları tərəfindən yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq sazişi imzalanmışdır. Bu saziş ölkələrimizdə istehsal edilən yaşıl enerjinin Xəzər-Qara dəniz marşrutu ilə dünya bazarlarına ixracı üçün geniş imkanlar yaradır. Konfransda iqlim dəyişikliyi ilə mübarizəyə yönələn bir sıra müzakirələr və razılaşmalar iimzalandı.
Bu hadisələr COP29-un iqlim dəyişikliyi ilə mübarizədə dünya səviyyəsində əhəmiyyətli bir tədbir olduğunu göstərir.

Balaxanı qəsəbəsi, 259 nömrəli tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi Aysel Xəlilova

Oxşar xəbərlər