
“Qafqazinfo”nun məlumatına görə, hadisə Vilvan kəndində qeydə alınıb.
Belə ki, kənd sakini 1957-ci il təvəllüdlü Vəliağa Səbziyevin meyiti otlaq sahəsində aşkarlanıb.
Məlumata görə, o, mal-qarasını gətirmək üçün örüş sahəsinə gedib. Gecə olsa da, onun sahədən qayıtmadığını görən yaxınları axtarış zamanı V.Səbziyevin meyitini sahədə yol üstündə aşkarlayıb.
Kəsici-deşici alətlə öldürülən Vəliağa Səbziyevin qətlinin kim və ya kimlər tərəfindən törədilməsi məlum deyil.
Faktla bağlı rayon prokurorluğunda araşdırma başlanılıb.
***
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən mərhumun qardaşı oğlu 2000-ci il təvəllüdlü Elşən Hüseynzadə ölkəni tərk etməyə cəhd edərkən polis əməkdaşları tərəfindən saxlanılıb. O, istintaqa təhvil verilib.