Venesueladan ABŞ-yə cavab gecikmədi

Venesueladan ABŞ-yə cavab gecikmədi Xəbər verdiyimiz kimi, ABŞ vətəndaşlarını Venesuelaya səyahət etməməyə çağırıb.

TASS xəbər verir ki, buna cavab olaraq Venesuela Xarici İşlər Nazirliyi də ölkə vətəndaşlarına ABŞ-yə səfər etməkdən çəkinməyi və orada yaşayırlarsa, ölkəni tərk etməyi tövsiyə edib.

Bu barədə ölkənin xarici işlər naziri İvan Gil Pinto məlumat yayıb.

Nazir ABŞ-da venesuelalıların sistematik insan haqlarının pozulmasının qurbanı olduqlarını, onların səbəbsiz olaraq həbs edildiyini, ailələrindən ayrılaraq üçüncü ölkələrin konslagerlərinə köçürüldüyünü və bunun müasir tarixin ən pis dövrlərini xatırladan qəbuledilməz bir təcrübə olduğunu diqqətə çatdırıb.

Gil həmçinin qeyd edib ki, Venesuela vətəndaşı olan vətəndaşlar ABŞ-də ən ağır ksenofobiyaya məruz qalırlar.

Oxşar xəbərlər