
Teleqraf.com xəbər verir ki, hindli nazir çıxışında BƏƏ başda olmaqla bir sıra İƏT ölkəsi ilə strateji tərəfdaş, hərbi və iqtisadi əlaqələrə malik olduğunu söyləyib.
“Bəşəriyyəti terrorizmdən xilas etmək istəyiriksə, terrorçulara dəstək verən dövlətlərə onların düşərgələrini ləğv etməyi və o ölkədəki terror təşkilatlarına sığınacaq və maliyyə dəstəyini dayandırmalı olduqlarını söyləməliyik”, – deyə Suşma Svarac qeyd edib.
Qeyd edək ki, Pakistan Xarici İşlər naziri Şah Mahmud Qureyşi İƏT xarici işlər nazirlərinin 46-cı görüşünü boykot edib.