Bakıya gələn Netanyahuya Türkiyədən BÖYÜK JEST

Bakıya gələn Netanyahuya Türkiyədən BÖYÜK JEST İsrailin naş naziri Benyamin Netanyahunun təyyarəsi Azərbaycana uçarkən Türkiyənin hava məkanından istifadə edəcək.

Bu barədə İsrail mətbuatında xəbər yayılıb.

Xatırladaq ki, aprelin 10-da Türkiyə və İsrailin nümayəndə heyətləri Azərbaycanda kritik görüş keçirib.

İsrailin dövlət televiziyası KAN Bakıdakı görüşə gedən İsrail nümayəndə heyətinin Türkiyə hava məkanı üzərindən uçmadığını bildirib.

Qeyd edək ki, baş nazirin mayın 7-də Bakıya səfəri planlaşdırılıb. Səfər çərçivəsində Netanyahu Azərbaycan Prezidenti İlham Əliyev və yəhudi icmasının üzvləri ilə görüşəcək.

Oxşar xəbərlər