Bakıdakı ağır qəzada ölənlərin və yaralananların kimliyi bilindi - Video - Yenilənib

Bakıdakı ağır qəzada ölənlərin və yaralananların kimliyi bilindi - Video - Yenilənib Ötən gün Qaradağ rayonu Lökbatan qəsəbəsində baş vermiş ağır yol qəzasında ölən və xəsarət alanların kimliyi müəyyənləşib.

“Qafqazinfo” xəbər verir ki, Lökbatan-Puta yolunda Ramin Məlikovun idarə etdiyi “Lada Priora” və Sultan Sultanlının sürdüyü “Hyundai” markalı avtomobillərin toqquşduğu məlum olub.

Nəticədə avtomobillərdə olan sərnişinlərdən Məlikova Vəsfiyyə Yasin qızı və Rüstəmov Hacıalı Adil oğlu aldıqları xəsarətlərdən hadisə yerində ölüb.

Hər iki sürücü və digər sərnişinlər – Hüseynov Tural Tofiq oğlu, Mirzəyev Adəm Azər oğlu, Məlikov Ramal Ramin oğlu və Qasımov Həsən Ceyhun oğlu isə müxtəlif dərəcəli xəsarətlər alıblar.

Faktla bağlı Qaradağ RPİ-də cinayət işi açılıb, araşdırma aparılır.

***

TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, aprelin 23-ü Qaradağ rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə 9 nəfər şəxs (6-si kişi cinsli, 3-ü qadın cinsli) bədənin müxtəlif hissələrinin travması diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə hospitalizasiya olunub.

Yaralılara zəruri tibbi xidmətlər göstərilib, müayinələr olunub. Onlardan 3 nəfər əməliyyata alınıb, 1 nəfər Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir.

Oxşar xəbərlər