Bakıda toyda dəhşət: 32 nəfər xəstəxanalıq oldu

Bakıda toyda dəhşət: 32 nəfər xəstəxanalıq oldu Bu gecə paytaxt Bakıda kütləvi zəhərlənmə hadisəsi baş verib.

Zəhərlənmənin Venesiya şadlıq sarayında olduğu bildirilir.

TƏBİB-dən verilən məlumata görə hadisə zamanı 32 nəfərin zəhərlənmə faktı qeydə alınıb.

"Aprelin 19-da 32 nəfər (23 qadın cinsli, 9 kişi cinsli) dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi diaqnozu ilə Kliniki Tibbi Mərkəzin (KTM) Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə yerləşdirilib".

Bu barədə KTM-in Mətbuat Xidmətinin rəhbəri Ruzbeh Məmməd məlumat verib.

O bildirib ki, dərhal xəstələrə tibbi xidmətlər göstərilib, mədələri yuyulub, infeksionist baxışı olub:

"Zəruri tibbi xidmətlərdən sonra onların hər biri evə buraxılıb".

Oxşar xəbərlər