Salyanda ağır yol qəzası olub, ölən və yaralananlar var - YENİLƏNİB

Salyanda ağır yol qəzası olub, ölən və yaralananlar var - YENİLƏNİB Salyanda baş verən qəzada ölənin şəxsiyyəti məlum olub.

“Report”un məlumatına görə, yol qəzasında həyatını itirən Masallı rayon sakini, 1999-cu il təvəllüdlü Rəhim Abdullayevdir.

Onun meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Neftçala rayon şöbəsinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

***

Salyanda baş verən yol qəzasında ölən və yaralananlar var.

“Report”un məlumatına görə, olay yeni Ələt-Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı avtomobil digər iki avtomobillə toqquşub.

Qəza nəticəsində hələlik kimliyi bəlli olmayan bir nəfər hadisə yerində ölüb.

1974-cü il təvəllüdlü Nəsirova Yaqut Gülbala qızı, 1964-cü il təvəllüdlü Əliyev Şahin Mirzəbala oğlu, 1995-ci il təvəllüdlü Musazadə Amil Tapdıq oğlu və daha 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər