Məcburi köçkünlərə edilən xəbərdarlığın vaxtı sabah başa çatır

Məcburi köçkünlərə edilən xəbərdarlığın vaxtı sabah başa çatır Komitə məlumat yaydı

Sabah Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin dövlət tərəfindən verilən mənzillərdə yaşamayan məcburi köçkünlərə xəbərdarlığında nəzərdə tutulan müddət başa çatır.

Komitə məsələ ilə əlaqədar noyabrın 19-da məcburi köçkünlərə xəbərdarlıq edib.

Xəbərdarlıqda bildirilib ki, bəzi məcburi köçkünlər əvvəllər köçürmə obyektlərində yaşadıqlarını və orada müvəqqəti qeydiyyatda olduqlarını bəhanə edərək, yuxarı instansiyalara mütəmadi müraciət edərək onlara yeni mənzillərin verilməsini təkidlə tələb ediblər:

“Lakin bir müddət keçdikdən sonra onların həmin mənzillərdən istifadə etmədikləri, mənzillərin boş qaldığı müəyyənləşdirilib. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, həmin məcburi köçkünlər mənzilləri geri təhvil vermir, yaxud istifadəni təmin etmirlər.

Dövlət Komitəsi bu qəbildən olan məcburi köçkünlərə bir daha xəbərdarlıq etmişdi ki, 10 gün müddətində həmin mənzillərdə yaşayışı təmin etməsələr və yaxud təhvil verməsələr, onlara yemək xərci müavinətləri, kommunal xidmətlərə (elektrik enerjisi, qaz, su) görə ödənişlər müvəqqəti dayandırılacaq və mənzillərdə yaşayış bərpa edildikdən və ya təhvil verildikdən sonra ödənişlər bərpa olunacaq”, - deyə komitədən qeyd edilib.

Oxşar xəbərlər