
“Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Belçikanın Baş naziri Bart De Veverlə birgə keçirdiyi mətbuat konfransında bildirib.
“Britaniya və Almaniya həqiqətən də bizə ABŞ-nin iştirak edə bilməyəcəyinə dair siqnal ötürüblər. ABŞ ilə müzakirə edəcəyimiz şeylər var. Ümid edək ki, onlar mövqelərini dəyişəcəklər”, – o deyib.
Xatırladaq ki, daha əvvəl NATO-nun mətbuat xidməti Böyük Britaniya və Almaniyanın aprelin 11-də alyansın mənzil-qərargahında Ukraynaya hərbi təchizatla bağlı təmas qrupunu toplayacaqlarını məlumat vermişdi. “Ramştayn” formatında sonuncu görüş fevralın 12-də Brüsseldə baş tutub və bu, sayca 26-cı olub. O görüşdə ilk dəfə sədr kreslosunda Pentaqonun rəhbəri əvəzinə Britaniyanın müdafiə naziri əyləşmişdi. Kiyevlə müttəfiq ölkələr qrupuna sədrlik ABŞ Prezidenti Donald Trampın andiçmə mərasimindən sonra Amerika tərəfinin təşəbbüsü ilə Britaniyaya verilib.