![Rusiyanın yalanı üzə çıxdı - 8 dəqiqə sonra olubmuş](https://olke.az/photo/770x415/2025/02/04/1738697640_resize-2024-12-28t115559.484-750x403.jpeg)
Hesabatda təyyarənin kənar müdaxilə nəticəsində qəzaya uğradığı faktlarla öz təsdiqini tapıb.
Ən maraqlı məqamlardan biri isə Rusiya tərəfinin iddia etdiyi “Ковер” əməliyyatının tətbiqi ilə bağlıdır.
Belə ki, Rusiya bu günədək təyyarənin Rusiya hava məkanından olduğu zaman “Ковер” əməliyyatlarının tətbiq edildiyini bildirirdi.
Lakin məlum olub ki, kənar müdaxilə nəticəsində 05:13:32-də (vaxt fərqi nəzərə alınmaqla UTC vaxtı ilə verilir) hava gəmisinin əsas idarəetmə sistemləri itirilib. Qara qutunun deşifrə olunması nəticəsində isə bəlli olub ki, bundan 8 dəqiqə sonra əlaqələndirici dispteçer “Ковер” əməliyyatı barədə Qroznıya məlumat verib.