11 illik sirr açıldı: Qəzaya uğrayan türk təyyarəsi…

11 illik sirr açıldı: Qəzaya uğrayan türk təyyarəsi… 2009-cu ildə Türk Hava Yollarına məxsus təyyarənin qəzaya uğraması ilə bağlı həqiqət gizlədilib.

Bu barədə “Nyu York Tayms” məlumat yayıb.

Qəzet bildirib ki, həmin vaxt “Boinq 737-800” tipli təyyarənin pilotların səhvi ucbatından qəzaya uğradığı iddia edilib. Əslində isə qəza təyyarədəki texniki nasazlıq ucbatından baş verib.

“Həqiqət budur ki, təyyarəni istehsal edən şirkət və ABŞ-ın təzyiqi ilə texniki nasazalıq məsələsi ört-basdır edildi və günahın pilotlarda olduğu bildirildi”, – məlumatda qeyd edilib.

Qeyd edək ki, 2009-cu ildə baş vermiş bu qəzada 9 nəfər həlak olmuşdu. (axar.az)

Oxşar xəbərlər