Cəbrayıl şəhərinin azad olunması həm müharibənin sonrakı gedişatına müsbət təsir göstərmişdir

Cəbrayıl şəhərinin azad olunması həm müharibənin sonrakı gedişatına müsbət təsir göstərmişdir Artıq dörd ildir ki,Cəbrayıl şəhərinin azad olunmasını böyük qürur hissi ilə qeyd edirik. Cənab prezident İlham Əliyevin rəhbərliyi altında 27 sentyabr 2020-ci ildə başlanan 44 gün davam edən Vətən müharibəsində rəşadətli Azərbaycan ordusu işğal altında olan 300-ə yaxın yaşayış məntəqəsi,o cümlədən Cəbrayıl,Füzuli,Qubadlı şəhərlərini və Qarabağın tacı olan Şuşa şəhərini işğaldan azad etmişdir. Prezident İlham Əliyev 4 oktyabr tarixində Cəbrayıl şəhərində çıxışında qeyd etmişdir. Cəbrayılın azad olunmasının çox böyük əhəmiyyəti vardır. Çünki ikinci Qarabağ müharibəsi dövründə işğalçılardan azad edilmiş birinci şəhər idi. O vaxta qədər artıq müharibə bir həftə idi ki, gedirdi 20-yə yaxın kənd azad edilmişdir. Cəbrayıl şəhərinin azad olunması həm müharibənin sonrakı gedişatına müsbət təsir göstərmişdir. Eyni zamanda, Ordumuzun və ümumiyyətlə , xalqımızın mənəvi ruhunu yüksəltmişdir. Cəbrayıl şəhəri işğaldan azad edilən birinci şəhər olmuşdur və Cəbrayıl əməliyyatının xüsusi əhəmiyyəti vardır. Cəbrayıldan bir neçə gün sonra uğurlu Hadrut əməliyyatı keçirilmişdir.Bu əməliyyat çox böyük peşəkarlıqla yerinə yetirilmiş və düşmənə çoxsaylı dağıdıcı zərbələr endirilmişdir.
Hadrutdan sonra Füzuli əməliyyatı başlamış oktyabrın 17-də uğurla başa çatmışdır.Ordumuzun Zəfər yürüşü sürətlə getmişdir.Bütövlükdə 300-dən çox şəhər və kənd azad edilmişdir.Ermənistanın işğalçı ordusu mıhv edildi Azərbaycan tarixi Zəfər qazandı. Vətən müharibəsi 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli bəyanatla başa çatdı. Müharibədən sonra işğaldan azad edilən bütün rayonların və eləcə də Cəbrayılın inkişafı ilə bağlı bərpa və quruculuq işlərinə başlanılmışdır. İlk növbədə minalardan təmizlənmə işləri həyata keçirilmişdir.Cəbrayıl şəhərində infrastruktur layihələrinin icrasına başlanılmışdır. Cəbrayıl sakinləri üçün fərdi yaşayış evləri evləri,çoxmənzilli 33 bina inşa edilmişdir.Avtomobil yolları yenidən qurulmuşdur.Cəbrayıl sakinlərinin yaşayış şəraiti lazımi səviyyədə təmin edilmişdir. Bu gün Azərbaycan Dövlət Bayrağı suverenliyin bərqərar olunduğu bütün ərazilərdə dalğalanır.Azərbaycan vətəndaşları artıq Şuşada, Laçında, Füzulidə, Xankəndidə, Xocalıda, Cəbrayılda - bu şəhərlərdə və bir neçə kənddə yaşayır. Böyük qayıdış proqramı uğurla icra edilir.

Sabunçu qəsəbəsi, 155 nömrəli tam orta məktəbin
coğrafiya müəllimi Pərvanə Hacıyeva

Oxşar xəbərlər