30 ilin işğalı arxada qaldı

30 ilin işğalı arxada qaldı
Azərbay¬can dövlətçiliyinin inkişafı, müstəqil xarici siyasət və bütövlükdə, yeni tarixi mərhələ kontekstində ifadə etdiyi fikirlərin hər biri üzərində düşünmək zərurəti yaranır.
1991-ci ildə Azərbaycan Respublikası müstəqilliyini elan edəndən bu yana bütün ərazisində seçki keçirmək imkanına ma¬lik olmamışdı. Vətən savaşı hər şeyi tamamilə dəyişdi.
Müstəqil dövlət kimi Azərbaycan pre¬zident və parlament seçkilərini tam ərazi¬sində demokratik qaydada keçirməklə həm də müasir müstəqil dövlət obrazını dünya¬ya təqdim etmişdir. İkinci Qarabağ müharibəsi və 2023-cü ilin antiterror tədbirləri suverenliyimizin tam bərpası, ölkəmiz qarşısında yeni imkan¬lar və üfüqlər açır. Artıq Azərbaycan bey¬nəlxalq aləmə əzmkar çağırışlar ünvanlayır.
2024-cü ildə keçirilmiş prezident və parlament seçkiləri möhkəm və güclü dövlət olmanın, monolitliyin, xalq-haki¬miyyət vəhdətinin təntənəsi kimi yadda qaldı. Qarşıda isə bizi yeni perspektivlər gözləyir ki, Prezident İlham Əliyev Milli Məclisdəki çıxışında bu barədə də ətraflı söz açdı: “30 ilin işğalı arxada qaldı. İndi ölkəmiz genişmiqyaslı quruculuq, inkişaf işinə qədəm qoymuşdur və nəticələr də göz qabağındadır.
Prezident İlham Əliyev Mil¬li Məclisdəki nitqində ölkəmizin Cənubi Qafqazda formalaşdırdığı reallıqlar fonun¬da, Azərbaycana qarşı yönəlmiş beynəlxalq təzyiq hallarının, o cümlədən, Ermənistanın avantürist mahiyyətinin saxlanılması cəhd¬lərinin heç bir fayda verməyəcəyinə dair qəti əminlik yaradır.
Cənab İlham Əliyev beynəlxalq mövqelərimizin daha da möhkəmləndiyini, beynəlxalq ictimaiyyətin ölkəmizi dəstək¬lədiyini də vurğulayıb. Yəni, bəzi Qərb ölkələri hesab etməsinlər ki, beynəlxalq ic¬timaiyyət rolunda yalnız özləri çıxış edirlər. Dövlətimizin başçısı bu barədə söz açır və yada salır ki, respublikamızda COP29-un keçirilməsini 200-ə yaxın ölkə yekdilliklə bəyənib.

Bakıxanov qəsəbəsi, 107 saylı tam orta məktəbin
kitabxana müdiri Nübar Əliyeva

Oxşar xəbərlər