
Bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Cien Kiyevdə Uşaq Xəstəxanası da daxil olmaqla bir çox bina və infrastrukturun zədələndiyi hücumla bağlı sualı cavablandırarkən deyib.
O bildirib ki, Çinin Ukrayna məsələsində mövqeyi sabit və aydındır.
"Tərəflər məsuliyyətlə gərginliyi azaltmalı və atəşkəs və siyasi həll üçün vəziyyəti qiymətləndirməlidirlər", - o qeyd edib.