
Bunu “112 Ukrayna” telekanalının efirində müvəqqəti işğal edilmiş ərazilər üzrə nazir müavini Yuri Qrimçak deyib.
Məmur vurğulayıb ki, Rusiya əvvəlki kimi Ukrayna ərazisində qeyri-stabillik yaratmağa çalışır. Qrimçak Rusiyanın 2014-cü ildə hazırladığı “Troya” əməliyyatını xatırladıb.
“Ölkə daxilində vəziyyəti gərginləşdirmək cəhdləri indi də olur. Kiyevdə, Odessada və Xarkovda. Amma Təhlükəsizlik Xidməti işləyir, hər şey normaldır”, – o bildirib.
Qrimçak qeyd edib ki, ölkələr arasında qarşıdurma Ukraynanın şərqində münaqişənin başa çatmasından sonra da davam edəcək: “Bu qarşıdurma Donbasın azad olunmasından sonra da bitməyəcək. Onsuz da müharibə davam edəcək. Müharibə 300 ildir gedir”.