
““Unian” xəbər verir ki, bu barədə məlumatı Ukrayna Xarici İşlər Nazirliyi yayıb.
XİN qeyd edib ki, diplomatik nümayəndəliklərin Kiyevdə öz fəaliyyətini bərpa etməsi dünyanın Ukraynanı dəstəklədiyinin və ölkəyə inandığının sübutlarından biridir.
Beləliklə, Avropa İttifaqı, Fransa, İtaliya, Latviya, Litva, Estoniya, Polşa, Türkiyə, Çexiya, Sloveniya, Vatikan, Moldova, Gürcüstan, İran, Qazaxıstan, Tacikistan və Türkmənistan diplomatları Kiyevdə fəaliyyətini bərpa edib.