Lerik Rayon İcra Hakimiyyətində silsilə tədbirlər davam edir

Lerik Rayon İcra Hakimiyyətində silsilə tədbirlər davam edir Lerik sakinlərinə pulsuz hüquqi yardım göstərilib

Lerik rayon mədəniyyət mərkəzində 15 İyun – Azərbaycan Xalqının Milli Qurtuluş Günü və Qurban bayramı münasibətilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyası, Lerik Rayon İcra Hakimiyyətinin və YAP Lerik rayon təşkilatının birgə təşkilatçılığı ilə 20 saylı Vəkil Bürosunun vəkilləri tərəfindən Lerik sakinlərinə pulsuz hüquqi yardım aksiyası keçirilib.

Öncə aksiya iştirakçıları tərəfindən Lerik şəhərində ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub və əziz xatirəsi dərin hörmət və ehtiramla yad edilib.

Aksiya zamanı 40-dan çox vətəndaşa ödənişsiz hüquqi yardım göstərilib. Onları maraqlandıran suallar cavablandırılıb, mülki, inzibati və sosial təminat qanunvericiliyinin müddəaları izah edilib, yazılı və şifahi məsləhətlər verilib.

Lerik Rayon İcra Hakimiyyətində silsilə tədbirlər davam edir
Lerik Rayon İcra Hakimiyyətində silsilə tədbirlər davam edir
Lerik Rayon İcra Hakimiyyətində silsilə tədbirlər davam edir
Lerik Rayon İcra Hakimiyyətində silsilə tədbirlər davam edir


Soru kəndində sakinlərin müraciət və təklifləri dinlənilib

Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov 12 iyun 2024-cü il tarixində Soru kəndində səyyar qəbul keçirib. Qəbulda rayon icra hakimiyyəti başçısı aparatının, rayonun hüquq-mühafizə orqanlarının və aidiyyəti təşkilatlarının məsul şəxsləri, eləcə də Əliabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Əliabad, Gürdəsər, Soru və Camaşəir kəndlərinin sakinləri iştirak edib.

Rayon icra hakimiyyətinin başçısı ölkə rəhbərinin tapşırığına uyğun olaraq səyyar qəbullarının keçirilməsinin əhəmiyyətindən söz açaraq bildirib ki, qarşıya qoyulmuş əsas vəzifə, vətəndaşları narahat edən məsələləri yerində öyrənmək və qanunamüvafiq qaydada həlli tədbirlərini müəyyən etməkdən ibarətdir.

Həmçinin rayon rəhbəri Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti portalı barədə vətəndaşlara məlumat verərək, xidmətin əlçatanlıq və üstünlüklərini qeyd edib və və https://rih.gov.az/ portalından istifadə etmələrini tövsiyə edib.

Qəbul zamanı kənd sakinlərinin şikayət və təklifləri dinlənilib. Müraciətlər əsasən su, yol, elektrik və digər sosial məsələlərlə bağlı olub.

Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov kənd sakinlərini narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib.

Lerik Rayon İcra Hakimiyyətində silsilə tədbirlər davam edir
Lerik Rayon İcra Hakimiyyətində silsilə tədbirlər davam edir


Lerik Rayon İcra Hakimiyyəti başçısının vətəndaş qəbulu

Lerik Rayon İcra Hakimiyyətinin inzibati idarə binasının qəbul otağında rayon icra hakimiyyəti başçısı Əkbər Abbasov tərəfindən rayonun aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə vətəndaşların qəbulu keçirilib.

Ümumilikdə rayon icra hakimiyyəti başçısı tərəfindən 18 vətəndaş, o cümlədən şəhid ailələri, qazilər və müharibə iştirakçıları növbədənkənar qəbul edilib.

Qəbulda rayon icra hakimiyyətinin başçısı vətəndaşlar tərəfindən səsləndirilən müraciətlərin araşdırılması və icrası ilə əlaqədar aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verib.

Lerik Rayon İcra Hakimiyyətində silsilə tədbirlər davam edir


15 İyun – Azərbaycan Xalqının Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib
Lerik Rayon İcra Hakimiyyətində silsilə tədbirlər davam edir

15 İyun – Azərbaycan Xalqının Milli Qurtuluş Günü münasibətilə Lerik Rayon İcra Hakimiyyətinin və “Respublika” qəzetinin birgə təşkilatçılığı ilə 2024-cü il iyunun 12-də “Milli dövlətçiliyimizin xilaskarı” mövzusunda tədbir keçirilib.

Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini Habil Məlikov bildirib ki, tariximizə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü ilin 15 iyun günü Vətənini, xalqını sevən, həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün əsl Qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan Heydər Əliyevdir. Həmin gün xalqımızın Ümummilli Lideri Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Əgər xalqın təkidi ilə Heydər Əliyev həmin zaman yenidən hakimiyyətə gəlməsəydi, bugünkü müstəqil Azərbaycanın varlığından danışmaq, çətin ki, mümkün olardı. Bu qayıdış, ilk növbədə, Azərbaycanın müstəqilliyini, dövlətçiliyini qoruyub saxladı, ölkəni parçalanmadan, düşmən işğalının geniş miqyas almasından xilas etdi. Heydər Əliyevin şəxsiyyətini, həyat və fəaliyyətini təhlil edərkən bu gün tam məsuliyyətlə demək olar ki, o, müstəqil Azərbaycanın memarı, qurucusu idi. Bu gün iqtisadiyyatımızın sürətli inkişafına, ordumuzun gündən-günə güclənməsinə, dünya elminə sürətlə inteqrasiya olunan elm və təhsilimizin, hər zaman dövlət qayğısı ilə əhatə olunan mədəniyyətimizin inkişafına, bir sözlə, müstəqil respublikamızın yeni tarixinin yaradılmasına o fenomen şəxsiyyətin, yenilməz sərkərdənin bizə miras qoyduğu zəngin irs, strategiya nəticəsində nail olunmuşdur.

“Respublika” qəzetinin baş redaktoru, professor Hümbət Musayev çıxış edərək bildirib ki, milli ideya və ideologiyaya malik olan dövlət həmişə qüdrətli olur, ideya uğurun strategiyası kimi çıxış edir. 1993-cü ildə hakimiyyətə qayıdışından sonra Heydər Əliyevin əsasını qoyduğu ideologiyanın başlıca istiqaməti müstəqil, hüquqi, dünyəvi dövlət quruculuğu, konstitusiya quruluşunun, ölkənin ərazi bütövlüyünün bərpası olmuşdur. Ümummilli Liderin rəhbərliyi altında ölkədə ictimai-siyasi sabitlik təmin olundu, qanunsuz silahlı birləşmələr zərərsizləşdirildi, özbaşınalığın, hərc-mərcliyin, kütləvi iğtişaşların qarşısı alındı, Ermənistanın daha geniş ərazilərimizi işğal etməsinə, kütləvi qanlar axıdılmasına son qoyuldu, atəşkəs sazişinin imzalanmasına nail olundu. Ölkəmizdə bir-birinin ardınca reallaşdırılan genişmiqyaslı layihələr dövlətimizin inkişafına və möhkəmlənməsinə zəmin yaratdı. Ulu Öndərin siyasi varisi, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində həmin ideologiyanın əsas istiqaməti bu gün gerçəkliyə çevrilmiş, 2020-ci ildə Vətən müharibəsi və 2023-cü ildə Qarabağ bölgəsində keçirilmiş antiterror əməliyyatı nəticəsində xalqımızın 200 ildən bəri davam edən məşəqqətlərinə, iztirablarına son qoyulmuşdur.

Tədbirdə Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatının sədri Malik Mirzəyev, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “52 nömrəli Yol İstismarı” MMC-nin direktoru Elxan Əliyev, təqaüddə olan dövlət qulluqçusu Hüseynbala Əliyev, Lənkəran–Astara Regional Gənclər və İdman İdarəsinin Lerik rayonu üzrə gənclər və idman sektorunun müdiri Natiq İsaqov, Lerik Sukanal Sahəsinin rəisi Asif İmanov, “Lerik Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru Maqsud Ağayev çıxış edərək bildiriblər ki, bəşəriyyət tarix boyu xalqların azad, firavan yaşayışı üçün bu cür böyük fədakarlıqlar nümayiş etdirmiş, gördükləri işlərlə bütöv bir dövrü əbədiləşdirən müdrik insanlara borcludur. Azərbaycan dövlətinin qazandığı bütün uğurlar Ulu Öndər Heydər Əliyevin müdrikliyi sayəsində müstəqilliyimizin qorunub saxlanmasının nəticəsidir. Çıxış edən natiqlər Ümummilli Liderin müxtəlif sahələrdə həyata keçirdiyi islahatlardan söz açaraq bugünkü inkişafı, əldə olunan sosial-iqtisadi uğurları həmin tarixi günün bəhrələri kimi dəyərləndirən xalqımızın Prezident cənab İlham Əliyevin ətrafında bundan sonra da sıx birləşəcəyinə, onun rəhbərliyi altında daha böyük nailiyyətlərin əldə ediləcəyinə əmin olduqlarını bildiriblər.

Oxşar xəbərlər