Şəhid ailələrinə və qazilərə Əkbər Abbasov tərəfindən daim diqqət göstərilir

Şəhid ailələrinə və qazilərə Əkbər Abbasov tərəfindən daim diqqət göstərilir Qələbin kəndində sakinlərin müraciət və təklifləri dinlənilib

Şəhid ailələrinə və qazilərə Əkbər Abbasov tərəfindən daim diqqət göstərilir

Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov 04 oktyabr 2023-cü il tarixində rayon icra hakimiyyəti başçısı aparatının məsul əməkdaşlarının, rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar təşkilatların rəhbər işçilərinin iştirakı ilə Qələbin kəndində səyyar qəbul keçirib. Qəbulda Veri kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Qələbin, Axunahiran, Babakücə, Küsəkəran, Veri, Veri və Əliabadı kəndlərinin sakinləri iştirak edib.

Qəbulda rayon icra hakimiyyətinin başçısı ölkə rəhbərliyinin müvafiq tapşırığına uyğun olaraq vətəndaşların səyyar qəbullarının keçirilməsinin əhəmiyyətindən söz açaraq bildirib ki, qarşıya qoyulmuş əsas vəzifə, vətəndaşları narahat edən məsələləri yerində öyrənmək və qanunamüvafiq qaydada həlli tədbirlərini müəyyən etməkdir.

Həmçinin rayon rəhbəri Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti portalı barədə vətəndaşlara məlumat verərək, xidmətin əlçatanlıq və üstünlüklərini qeyd edib və və https://rih.gov.az/ portalından istifadə etmələrini tövsiyə edib.

Qəbul zamanı kənd sakinlərinin şikayət və təklifləri dinlənilib. Müraciətlər əsasən yol, elektrik, qaz, içməli su və digər sosial məsələlərlə bağlı olub.

Rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov kənd sakinlərinin problem və təkliflərini dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib.

Şəhid ailələrinə və qazilərə Əkbər Abbasov tərəfindən daim diqqət göstərilir
Şəhid ailələrinə və qazilərə Əkbər Abbasov tərəfindən daim diqqət göstərilir
Şəhid ailələrinə və qazilərə Əkbər Abbasov tərəfindən daim diqqət göstərilir

Şəhid Valeh İbrahimovun 50 illiyinə həsr olunmuş anım tədbiri keçirilib

Şəhid ailələrinə və qazilərə Əkbər Abbasov tərəfindən daim diqqət göstərilir

2023-cü il oktyabrın 3-də Valeh İbrahimov adına Lerik şəhər inteqrasiya təlimli internat tipli gimnaziyasında şəhid Valeh İbrahimovun 50 illiyinə həsr olunmuş anım tədbiri keçirilib.

Tədbir iştirakçıları şəhidin məzarını ziyarət edərək üzərinə gül dəstələri düzüb əziz xatirəsini ehtiramla yad ediblər.

Öncə tədbirdə Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsi birdəqiqəlik sükutla yad edilib.

Tədbirdə Hüsaməddin Abbasov şəhidin həyatı və döyüş yolu haqqında məlumat verilərək bildirilib ki, Valeh İbrahimov 1973-cü il oktyabrın 4-də Lerik şəhərində anadan olmuşdur. Təhsil aldığı 2 saylı orta məktəbi bitirdikdən sonra 1991-ci ildə Lerik Rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılaraq Qarabağ cəbhəsinə yola salınmışdır. O, bir çox uğurlu döyüş əməliyyatlarında iştirak edərək qəhrəmanlıq göstərmişdir. Döyüşçü dostlarının dediyinə görə, Valeh ölümlə üz-üzə gəlməkdən heç vaxt qorxmaz, hər döyüşdə sərrast atəşləri ilə düşmənin çoxsaylı canlı qüvvəsini məhv edər, dostlarını qələbəyə ruhlandırarmış. Qəlbi Vətən sevgisi ilə döyünən Valeh İbrahimov 1994-cü il yanvarın 12-də düşmən gülləsinə tuş gələrək qəhrəmancasına şəhid olmuşdur.

Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov çıxış edərək, Birinci Qarabağ müharibəsində, Aprel döyüşlərində, Vətən müharibəsində, eləcə də son antiterror əməliyyatlarında Lerik rayonundan olan qəhrəman oğullarımızın da misilsiz rəşadət nümayiş etdirdiyini, “Azərbaycanın Milli Qəhrəmanı” və “Vətən Müharibəsi Qəhrəmanı” adları verilmiş, müxtəlif orden və medallarla təltif edilmiş hərbi qulluqçuların sırasında leriklilərin də adlarının olduğunu, qəhrəman şəhidlərimizin xatirəsinin daim ehtiramla yad edildiyini, şəhidlərimizin həyatı və keçdiyi döyüş yolunun həmişə təbliğ olunduğunu bildirib.

Tədbirdə şəhidin vaxtilə təhsil aldığı Lerik şəhər 2 saylı tam orta məktəbinin müəllimi Hacırza Quliyev, şəhid Valeh İbrahimovun sinif yoldaşları Natiq İsaqov və Həmid İmanov, şəhidin döyüş yoldaşı Veysəl Məlikov, Valeh İbrahimov adına Lerik şəhər inteqrasiya təlimli internat tipli gimnaziyasının direktoru Tehran Höccətov çıxış edərək, hər bir şəhidimizin xatirəsinin xalqımız üçün əziz olduğunu, şəhidlərimizin qəhrəmanlığının, şücaətinin, fədakarlığının hər bir azərbaycanlı üçün daim bir örnək olacağını vurğulayıblar.

Şəhid Valeh İbrahimovun qardaşı Vaqif İbrahimov şəhidin xatirəsinin yad edilməsinə görə ailə üzvləri adından minnətdarlığını bildirib.

Şagirdlərin ifasında ədəbi-bədii kompozisiyadan sonra şəhid Valeh İbrahimovun xatirəsinə həsr olunmuş şahmat turnirinin və intellektual yarışın qalibləri mükafatlandırılıblar.

Şəhid ailələrinə və qazilərə Əkbər Abbasov tərəfindən daim diqqət göstərilir
Şəhid ailələrinə və qazilərə Əkbər Abbasov tərəfindən daim diqqət göstərilir
Şəhid ailələrinə və qazilərə Əkbər Abbasov tərəfindən daim diqqət göstərilir
Şəhid ailələrinə və qazilərə Əkbər Abbasov tərəfindən daim diqqət göstərilir
Şəhid ailələrinə və qazilərə Əkbər Abbasov tərəfindən daim diqqət göstərilir
Şəhid ailələrinə və qazilərə Əkbər Abbasov tərəfindən daim diqqət göstərilir
Şəhid ailələrinə və qazilərə Əkbər Abbasov tərəfindən daim diqqət göstərilir

Vətən Müharibəsi Qəhramanı, şəhid mayor Amid Heydərovun əziz xatirəsi yad edilib

Şəhid ailələrinə və qazilərə Əkbər Abbasov tərəfindən daim diqqət göstərilir

03 oktyabr 2023-cü il tarixində Vətən Müharibəsi Qəhramanı, şəhid mayor Amid Heydərovun şəhadətinin üçüncü ildönümünü ilə əlaqədar Lerik şəhərində anım tədbiri keçirilib.

Tədbirdə rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailə üzvləri və rayon ictimaiyyəti iştirak ediblər.

Öncə tədbir iştirakçıları şəhidin məzarını və büstünü ziyarət edərək xatirəsini ehtiramla yad ediblər.

Şəhidin adını daşıyan parkda Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi davam edilən tədbirdə Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Vətən Müharibəsi Qəhramanı, şəhid mayor Amid Rəbbil oğlu Heydərovun həyatı və döyüş yolu haqqında ətraflı məlumat verilib.

Tədbirdə rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov çıxış edərək bildirib ki, torpaqlarımızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş qəhrəman Vətən övladlarının əziz xatirəsi həmişə ehtiramla yad edilir, onların keçdiyi döyüş yolu bir nümunə kimi təbliğ olunur. Xalqımız Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə dəmir yumruq kimi birləşərək İkinci Qarabağ müharibəsinin qalib tərəfi kimi tarix yazdı, işğal altında olan torpaqlarımızın azad edilməsinə nail oldu. Lerik rayonundan olan qəhrəman oğullarımız da Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında hərbi əməliyyatlarda misilsiz rəşadət nümayiş etdirdilər və öz qanları bahasına Vətən torpaqlarını azad etdilər. Şəhid mayor Amid Heydərov da belə qəhrəman oğullarımızdan biridir. Şəhid Amid Heydərovun döyüş fəaliyyəti, göstərdiyi qəhrəmanlıq dövlət tərəfindən yüksək qiymətləndirilmiş, cənab Prezidentin müvafiq sərəncamları ilə ona ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Fizulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Amid Heydərovun adının əbədiləşdirilməsi ilə əlaqədar dövlət tərəfindən bir sıra tədbirlər həyata keçirilmiş, Lerik şəhər 2 saylı körpələr evi- uşaq bağçasına və büstü ucaldılmış parka onun adı verilmişdir. Hamımızın borcudur ki, şəhidimizin həyatı və keçdiyi döyüş yolu həmişə təbliğ olunsun.

Tədbirdə şəhid atası Mükafat Yaqubov, Heydər Əliyev Mərkəzinin direktoru Hüsaməddin Abbasov çıxış edərək ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsinin həmişə ehtiramla yad edildiyini, şəhidlərin doğum və anım günləri münasibətilə mütəmadi tədbirlərin keçirildiyini, onların keçdiyi döyüş yolunun təbliğ olunduğunu bildiriblər. Şəhidlərin əziz xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını, onların döyüş yolunun gələcək nəsillərə həmişə örnək olacağını vurğulayıblar.

Şəhidin atası Rəbbil Heydərov şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.

Tədbirdə leytenant Arif Nuriyev adına Lerik şəhər 1 saylı tam orta məktəbin şagirdi Nübar Fərəczadənin ifasında Qəhrəmana həsr olunmuş şeir səsləndirilib.

Sonra rayon icra hakimiyyəti başçısı Ə.Abbasov şəhidin ailə üzvləri ilə görüşüb səmimi söhbət edib, qayğı və problemləri ilə maraqlanıb.

Oxşar xəbərlər