Hacı Məhərrəm Novruzov: Böyük qurtuluşa doğru mühüm addım

Hacı Məhərrəm Novruzov: Böyük qurtuluşa doğru mühüm addım Tam səmimiyyətlə demək istəyirik ki, "Qurtuluş-93” Yaşayış Kompleksinin rəhbəri Hacı Məhərrəm Novruzovun bizim müdafiəmizə ehtiyacı yoxdur. Sadəcə, Hacı Məhərrəm Novruzovun barəsində şər və böhtan xarakterli yazıları dərc edən sayt rəhbərlərinə xatırlatmaq istəyirik ki, bizlərə məlumdur ki, bu cızma-qaraları kimlər nə məqsədlə yazdırır. Ancaq bu dərəcədə olmaz. Ziyalı olan bir insana qarşı bələ münasibət yolverilməzdir. Unutmayın, bu davranışlar ictimaiyyət tərəfindən ikrahla qarşılanır. Əslində bu yazılarda həqiqət yükü olmadığına görə hec ona reaksiya verən də olmur. İnsanlar belə yazılara dodaq büzür və sifariş adlandırırlar.

Yazılan böhtanlarda diqqət çəkən və əslində həm də bütün yazılanları ifşa edən başqa bir məqam da var. Görəsən bu adamlar niyə köhnə palan ici tökürlər? Nala-mıxa vurub onun gördüyü işləri sanki yaddan çıxarırlar. Görməyə göz hamıda var. Yetər ki, yaxşını yaxşı görməyə istək olsun. Utanın cənablar, utanın!

Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu ALLAHIN qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan Hacı Məhərrəm Novruzov Vətənə ləyaqət nümunəsi sayılacaq vəzifə sahiblərindəndir.

Hacı Məhərrəm Novruzov Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir.

Məhərrəm Novruzov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Məhərrəm Novruzovun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Hacı Məhərrəm Novruzov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Hacı Məhərrəm Novruzova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

"Qurtuluş-93” Yaşayış Kompleksinin rəhbəri Hacı Məhərrəm Novruzov - Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir müstəqil Azərbaycan Ulu Öndər Heydər Əliyevin həyat amalının təntənəsidir. 1991-ci il 18 oktyabr tarixində müstəqilliyini bərpa edən Azərbaycan Ermənistanın təcavüzü, xarici təzyiqlər və daxili çəkişmələr üzündən dünyanın siyasi xəritəsindən silinmək və dövlətçiliyini itirmək təhlükəsi ilə qarşılaşdı. Taleyimizin həll olunduğu ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan Ümummilli Lider doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirdi, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtardı, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını aldı, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etdi. Ulu Öndər Heydər Əliyevin ölkəmizə rəhbərliyi illəri xalqımızın nadir tarixi imkandan faydalanaraq, böyük əziyyətlər bahasına öz müstəqilliyini əbədi və dönməz etdiyi taleyüklü mərhələdir.
Bu mühüm məqamı qeyd edək ki, müstəqil, azad yaşamaq, öz təbii sərvətlərinin əsl sahibinə çevrilmək Azərbaycan xalqının ən böyük arzularından olub. Ümummilli Lider düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində xalqımızın bu istəyini reallığa çevirdi. 1993-cü il iyunun 9-da Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə Bakıya qayıdışı bugünkü reallıqlara yol açdı. Azərbaycanın dövlət müstəqilliyi xilaskar Heydər Əliyevin Bakıya qayıdışı ilə başlayır. Həmin gün, 9 iyun 1993-cü il müstəqillik tariximizə, dövlətçilik salnaməmizə qızıl hərflərlə yazılıb. Həmin gün, sözün həqiqi mənasında, ölkəmizin taleyində dönüş anı oldu, böyük qurtuluşa doğru mühüm addım atıldı. Bu qayıdış bütün mənalarda milli qurtuluşumuz idi. Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildiyi 1993-cü il 15 iyun tarixinin Milli Qurtuluş Günü adlandırılması xalqımızın öz xilaskarına verdiyi tarixi qiymət, gələcəyini müəyyənləşdirmək baxımından qəbul etdiyi böyük tarixi qərar idi. Dövlət başçısı İlham Əliyev Milli Qurtuluş Gününü Azərbaycan tarixinin dönüş nöqtəsi kimi dəyərləndirir. 1997-ci ildən etibarən rəsmi olaraq dövlət bayramı kimi qeyd edilən bu tarix ilk növbədə XX əsrdə ikinci dəfə əldə etdiyimiz müstəqilliymizin xilası kimi olduqca böyük əhəmiyyət daşıyır. Qurtuluş Azərbaycanın çoxəsrlik tarixinə sadalamaqla bitməyən, zəngin səhifələri əlavə etdi. Bu gün həmin səhifələr tarixi Zəfərimizin reallıqları fonunda daha da zənginləşir, Azərbaycan xalqının yenilməzliyinin, məğrurluğunun təqdimatında əhəmiyyətli rol oynayır.
Ümummilli Lider Heydər Əliyevin tarixi missiyası üç mühüm amilə söykənirdi: xalqın Heydər Əliyevə olan möhkəm və sarsılmaz inamı, dəstəyi; Heydər Əliyev şəxsiyyətinin böyüklüyü, qüdrəti, əzəməti; Heydər Əliyevin mənsub olduğu Azərbaycan xalqına, Vətəninə sonsuz və təmənnasız sevgisi. Məhz bu üç amilin vəhdəti sayəsində müstəqil Azərbaycanın bu günü və gələcəyi üçün möhkəm təməl formalaşdı.
1993-cü il iyunun 24-də Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayan, 1993-cü il oktyabrın 3-də milyonların etimadı nəticəsində Azərbaycan Respublikasının Prezidenti seçilən Ulu Öndər Heydər Əliyev 10 oktyabr 1993-cü ildə keçirilən andiçmə mərasimində müstəqilliyimizin əbədiliyinin təmin edilməsi naminə qarşıda dayanan mühüm məsələləri açıqladı. Ulu Öndər Heydər Əliyev qurtuluş missiyasını xalqın dəstəyi sayəsində uğurla gerçəkləşdirdi, xalqımızı, dövlətimizi ən böyük bəlalardan xilas etdi. Eyni zamanda, Ümummilli Lider bu missiyası ilə dövlətimizin rəmzinə çevrildi ki, bu da tarixdə nadir hallarda baş verir. Məhz bu əvəzsiz xidmətlərinə görə müasir Azərbaycanın dövlətçilik tarixi dedikdə, bütün həyatını Azərbaycan dövlətinin, xalqının inkişafına həsr etmiş Ulu Öndər Heydər Əliyev xatırlanır. Ümummilli Lider nadir şəxsiyyətlərdəndir ki, Onun zəngin irsi hər zaman araşdırılır, öyrənilir, təbliğ olunur.
“Mən ömrümün qalan hissəsini də xalqıma həsr edəcəyəm” söyləyərək Azərbaycanı böyük inkişaf, tərəqqi yoluna çıxaran Ulu Öndər Heydər Əliyev, eyni zamanda, “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”, “Vətən birdir, hamımız bu Vətən üçün çalışmalıyıq” çağırışları ilə dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın birliyini, həmrəyliyini təmin etdi. Azərbaycançılıq ideologiyasının inkişaf etdirilməsi, təbliği Ümummilli Liderin hakimiyyətinin hər iki dövründə fəaaliyyətinin əsasını təşkil edib.
Son 20 ildən artıq dövrdə Heydər Əliyev siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev Azəebaycanı tarixi Zəfərinə qovuşdurdu, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. Uğurlarımızın zirvəsində dayanan şanlı Zəfərimiz ölkəmizin bütün imkanlarının təqdimatında əhəmiyyətli rol oynadı. Bu Qələbədən sonra ikitərəfli və çoxtərəfli çərçivədə əlaqələrin qurulması və inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atılır. Azərbaycan-Türkiyə qardaşlığı nəinki Vətən müharibəsi, eyni zamanda, postmünaqişə dövründə də zirvəyə yüksəlib. Azərbaycanın möhtəşəm Zəfərinin dünyaya təqdimatı olan Zəfər paradında dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevlə çiyin-çiyinə dayanan, Azərbaycanın Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə dastan yazmaqda davam edəcəyinə əminliyini ifadə edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Türkiyə və Azərbaycan kürək-kürəyə verdikcə Allahın izni ilə çətinliklərin öhdəsindən gəlməyə, uğurdan-uğura çatmağa davam edəcəkdir” bəyan etdi və bununla qarşıdakı dövrdə atılacaq addımların, görüləcək işlərin təqdimatını etdi. Zəfər paradında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bir sıra sənədlərin imzalanmasında iştirak edərək mətbuata bəyanatında bildirdi ki, bu gün atılan imzalar, əslində, simvolik imzalardır. Atılacaq daha çox imzalar var. Bu imzalarla birlikdə Azərbaycan Qarabağın tamamilə fərqli şəkildə yüksəlişinə davam edəcək.
Hacı Məhərrəm Novruzov: Böyük qurtuluşa doğru mühüm addım

2021-ci ildə 15 İyun-Milli Qurtuluş Günündə Azərbaycanın döyünən ürəyi Şuşada imzalanan Müttəfiqlik sənədi deyilənlərin təsdiqi oldu. İki ölkə arasında bütün sahələrdə gələcək inkişafı, tarixi Zəfərin yaratdığı reallıqlar fonunda bölgədə yeni əməkdaşlıq formatlarını, kommunikasiyaların açılmasını və sair kimi mühüm məsələləri özündə ehtiva edən Şuşa Bəyannaməsi Prezident İlham Əliyevin qeyd etdiyi kimi, hər şeyi deyir. Bu Bəyannamə Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının yeni tarixi mərhələsi, gələcək inkişafın yol xəritəsi, çoxşaxəli müttəfiqliyin rəmzi oldu. Bu sənəd Azərbaycanın siyasi, diplomatik və iqtisadi uğuru kimi dəyərləndirilir. Bəyannamədə nəzərdə tutulan hərbi əməkdaşlıq, regional əhəmiyyət daşıyan iqtisadi layihələr və bütün digər sahələri əhatə edən təşəbbüslər ölkəmizin beynəlxalq nüfuzunu artıracaq. Müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələlərinin Bəyannamədə əks olunması tarixi nailiyyətdir. Ölkələrimiz bundan sonra da bir-birinin təhlükəsizliyini təmin edəcək, hərbi sahədə əməkdaşlığın genişləndiriləsi istiqamətində mühüm addımlar atılacaq. Bəyannamədə deyilir ki, tərəflərdən hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, tərəflər birgə məsləhətləşmələr aparacaq və bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirəcək, bir-birinə BMT Nizamnaməsinə uyğun zəruri yardım göstərəcəklər. Bu yardımın həcmi və forması təxirə salınmadan keçirilən müzakirələr yolu ilə müəyyən edilərək birgə tədbirlər görülməsi üçün müdafiə ehtiyaclarının ödənilməsinə qərar veriləcək və Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyəti təşkil olunacaq.
İyunun 6-da TÜRKPA-nın növbəti plenar iclasının iştirakçılarının qəbulu zamanı cənab İlham Əliyev diqqəti gələn ay Şuşada keçiriləcək Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünə yönəldərək bildirdi ki, bu mühüm addım bir daha birliyimizi nümayiş etdirəcək. Konkret məsələlər müzakirə olunacaq. Dövlət başçıları, parlament sədrləri, vətəndaş cəmiyyəti, cəmiyyətin bütün təbəqələri birgə səylərlə bir nöqtəyə vurmalıdırlar ki, Türk dünyası güclənsin: “Mən əminəm gün gələcək ki, dünyanın bütün məsələlərini Türk Dövlətləri Təşkilatı ilə məsləhətləşmə yolu ilə həll edəcəklər. Yəni, biz ancaq xoş niyyət göstəririk və hörmətli sədr Numan Kurtulmuşun dediyi kimi, bizim istəyimiz işbirliyidir, əməkdaşlıqdır, dostluqdur. Biz heç kimə qarşı heç bir hərəkət etmirik. Biz heç kim üçün təhdid mənbəyi deyilik və heç vaxt olmayacağıq. Öz haqqımızı tələb edirik, qoruyuruq, bir-birimizi dəstəkləyirik.” Prezident İlham Əliyev Türkiyənin və Azərbaycanın 2021-ci ildə imzaladığı Şuşa Bəyannaməsindən bəhs etdi və vurğuladı ki, bu müttəfiqlik ən yüksək əməkdaşlıq formatıdır. Hər zaman bütün məsələlərdə bir-birimizin yanındayıq. Bir məsələ çıxan kimi, necə deyərlər, avtomatik rejimdə, gözüyumulu bir-birimizin yanındayıq. Bu birlik bütün Türk dünyasında olmalıdır və ondan sonra heç kim bizim işimizə müdaxilə edə bilməz.

Oxşar xəbərlər