"Əgər mən Obamanın İranla bağladığı dəhşətli nüvə sazişini (Sazişin Rəsmi adı – Joint Comprehensive Plan of Action) ləğv etməsəydim, İranın üç il əvvəl nüvə silahı olardı.Bu barədə ABŞ prezidenti Donald Tramp sosial şəbəkədə yazıb.
“Bu, indiyə qədər qoşulduğumuz ən təhlükəli saziş idi və əgər qüvvədə qalsaydı, dünya indi tamam başqa cür olardı.
Buna görə Barak Hüseyn Obamanı və Yuxulu Co Baydeni günahlandıra bilərsiniz. Təşəkkür edirəm, prezident Tramp!”, – deyə o qeyd edib.