ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazının mülki gəmiçilik üçün açıq olduğunu bildirir.Məlumatı Fox News jurnalisti Jennifer Griffin X-də yayıb: "CENTCOM bildirir ki, İslam İnqilabı Keşikçiləri Korpusunun açıqlamasına baxmayaraq, Hörmüz boğazı bağlanmayıb. İran boğazda patrul xidməti göstərmir və hələlik orada minalanma aparıldığına dair heç bir əlamət yoxdur. Onların neftinin səksən faizi Çinə gedir. Boğazda mianalanma İrana və onun əsas müttəfiqinə zərər verərdi".
Qeyd edək ki, dünən SEPAH rəsmisi Hörmüzdən keçməyə çalışan gəmilərin yandırılacağını elan edib.