Azərbaycan və Tacikistan arasında münasibətlər yüksək inkişaf mərhələsini yaşayır

Azərbaycan və Tacikistan arasında münasibətlər yüksək  inkişaf mərhələsini yaşayır Azərbaycanın çoxşaxəli uğurlu xarici siyasətində Mərkəzi Asiya ölkələri ilə münasibətlər xüsusi yer tutur.Bu ölkələrdən Tacikistanla əlaqələr mühüm əhəmiyyətə malikdir.
Hər iki ölkə SSRİ-nin tərkibində müttəfiq respublika olmuşlar. Elə həmin dövrdə də onlar arasında iqtisadi və mədəni əlaqələr formalaşmışdır. SSRİ dağıldıqdan, postsovet məkanında müstəqil dövlətlər yarandıqdan sonra bu münasibətlər daha da inkişaf etməyə başlamışdır.
İki ölkə arasında diplomatik münasibətlər 1992-ci ilin mayın 29-da qurulmuşdur.
Azərbaycan ilə Tacikistan arasında əlaqələr əsasən beynəlxalq təşkilatlar, xüsusilə də Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və Müstəqil Dövlətlər Birliyi çərçivəsində mövcud olmuşdur.
Dostluq münasibətləri dövlət başçılarının qarşılıqlı səfərlərinin intensivliyində və məhsuldarlığında biruzə verir.
Prezident İlham Əliyev Tacikistana indiyədək altı dəfə səfər edib. Ötən il Azərbaycan Prezidenti dost ölkəyə iki dəfə səfər edib. Dövlətimizin başçısının 2023-cü il aprelin 5-6-da Tacikistana dövlət səfəri və sentyabrın 14-də Mərkəzi Asiya dövlət başçılarının Məşvərət Şurasının Düşənbədə keçirilən iclasında Emoməli Rəhmonun dəvəti ilə yeganə fəxri qonaq qismində iştirak etməsi münasibətlərimizdəki bağların qırılmazlığının əyani sübutudur.
2024-cü il mayın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə geniş tərkibdə görüşü keçirilib.Görüş zamanı Prezident İlham Əliyev çıxışında qeyd edib ki, xalqlarımızın iradəsini əks etdirən Strateji Tərəfdaşlıq Bəyannaməsini imzaladıq. Strateji Tərəfdaşlıq Bəyannaməsi ilə yanaşı, daha 13 sənəd, ümumilikdə 14 sənəd imzalanıb ki, onlardan bəziləri burada, bəziləri isə əvvəllər imzalanıb. Bu, münasibətlərimizin müqavilə-hüquq bazasını xeyli möhkəmləndirir.
Azərbaycan və Tacikistan arasında münasibətlər yüksək inkişaf mərhələsini yaşayır. İki ölkə arasında imzalanan sənədlər onu deməyə əsas verir ki, Azərbaycan və Tacikistan arasında ikitərəfli münasibətlər yüksələn xətlə inkişaf edir. Azərbaycan və Tacikistan arasında münasibətlər yüksək inkişaf mərhələsini yaşayır.

Bakıxanov qəsəbəsi, 107 saylı məktəbin
kitabxana müdiri Nübar Əliyeva

Oxşar xəbərlər