Avropa qitəsində Azərbaycan qazına tələbat ildən-ilə artacaq

Avropa qitəsində Azərbaycan qazına tələbat ildən-ilə artacaq Biz dünya enerji bazarlarının xüsusiyyətlərini yaxşı bilirik. Yaxşı bilirik ki, Azərbaycan qazına tələbat Avropa qitəsində ildən-ilə artacaq. Bu sözləri Prezident İlham Əliyev martın 16-da Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə təkbətək görüşdən sonra mətbuata bəyanatında söyləyib.
Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası beynəlxalq enerji əməkdaşlığı üçün mühüm platforma kimi aktuallığını getdikcə artırır. Martın 1-də Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları da bu baxımdan əlamətdar oldu. Müasir dövrdə enerji təhlükəsizliyini hər bir ölkənin milli təhlükəsizlik məsələsi kimi dəyərləndirən Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurasının ötən illərdəki toplantıları zamanı bu məsələyə xüsusi diqqət yetirildiyini xatırladıb.
Müasir geosiyasi şəraitdə enerjiyə əlçatanlığın təmin olun¬ması, eləcə də təbii resursla¬rın bazarlara çıxarılması üçün şaxələndirməni getdikcə zəruri edir. Şaxələndirmə məsələsində ölkəmizin mövqeyinin hər zaman dəyişməz olduğunu vurğulayan dövlətimizin başçısı deyib ki, bu yalnız marşrutlara deyil, həm də mənbələrə şamil edilməlidir. Azərbaycanın bu sahədə oyna-dığı vacib rolundan bəhs edən Prezident İlham Əliyev Cənub Qaz Dəhlizini tamamilə yeni mar-şrut kimi xarakterizə edərək bu gün ona artıq bir çox marşrutların – interkonnektorların əlavə edil¬diyini bildirib.

Sabunçu qəsəbəsi, 170 saylı tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi Aygün Abbasova


Oxşar xəbərlər