
Bu faciənin qarşısını almaq tək bir adamın, heç tək bir ölkənin də öhdəsindən gələ biləcəyi iş deyil. Bunun qarşısını almaq üçün bütün dünya ölkələri səylərini birləşdirməlidirlər.
Azərbaycanın Ümummilli Lileri Heydər Əliyev cənablarının rəhbərlik etdiyi bütün dövrlərdə ekologiyanın qorunmasına xüsusi diqqət verilmişdir. Bu gün də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları bu siyasəti davam etdirir. Bu gün Azərbaycanda heç bir kömürlə, mazutla, neftlə işləyən İES yoxdur. Bütün İES-ları yeni texnologiya ilə yenidən qurulmuş və təbii qazla işləyirlər.
Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi altında 44 günlük müharibədə Azərbaycan Ordusu 30 illik işğala son qoyaraq torpaqlarımızı erməni faşistlərindən azad etdi.
İşğaldan azad olunduqdan sonra Prezident bütün aidiyyatı olan dövlət orqanları qarşısında belə bir məsələ qoydu: infrastrukturun yaradilması və bərpa olunan yaşıl enerjinin istehsalı.
Bu gün işğaldan azad olunmuş bütün ərazilər yaşıl eneri ilə: SES, günəş və külək vasitəsi ilə alınan enerji ilə tam təmin edilir. Görülən işlər bununla bitmir. Ölkənin bütün ərazisində tədricən yaşıl enerjiyə keçiləcək. 2040-cı ildə ölkədə enerji istehsalının 40 %-i yaşıl enerjinin payına düşəcəkdir. Bütün bunlar ekoloji tarazlığın qorunmasında böyük addımdır.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarının apardığı siyasətin nəticəsidirki, Azərbaycan Qoşulmama hərəkatına, 120 dövlətin bırliyinə, iki müddətə rəhbərlik etmişdir. Bu il isə Azərbaycan COP-29-a ev sahibliyi edəcəkdir. Bütün bunlar dünya xalqlarının bərabər tutulması, Yaşıl Dünyanın qorunub gələcək nəsillərə çatdırılması uğrunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının apardığı ardıcıl uğurlu siyasətin nəticəsidir.
Yaşasın Azərbaycan! Yaşasın Ali Baş Komandan!
Bilgəh qəsəbəsi, 142 saylı tam orta mərtəbin
Rus dili müəllimi İmran Hüseynov