
Yeni sanksiyalar Rusiyanın müdafiə sənayesini, habelə kimyəvi və bioloji silah proqramları və Rusiyanın müdafiə sənayesi üçün mühüm materialları təmin edən üçüncü ölkələrin şirkətləri və fiziki şəxslərini hədəf alıb.
ABŞ Maliyyə Nazirliyi və Dövlət Departamentinin elan etdiyi yeni sanksiyalarla ümumilikdə 300-ə yaxın şirkət, fiziki şəxs və qurum hədəfə alınıb.
Onlardan 60-a yaxını Azərbaycan, Çin, Belçika, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri və Slovakiyada yerləşir. Maliyyə Nazirliyinin açıqlamasında bu ölkələrdəki bəzi şirkətlər “Rusiyanı təcili ehtiyac duyduğu texnologiya və avadanlıqla təmin etməkdə” ittiham olunur.