
Bunu Dövlət Departamentinin sözçüsü Cen Psaki keçirdiyi brifinqdə deyib.
"ABŞ Rusiyaya defolt və tükənmə arasında seçim verdi", - Psaki deyib.
"İndi tətbiq edilən sarsıdıcı sanksiyalar nəticəsində Rusiyanın qeyri-məhdud resursları yoxdur. Onlar qalan dollar ehtiyatlarını istifadə etməklə, yeni gəlirlər xərcləmək və ya defolt etmək arasında seçim etməli olacaqlar", - o brifinqdə deyib.
Ağ Ev administrasiyasının məqsədini açıqlayan Psaki deyib ki, Putinin Ukraynaya qarşı fəaliyyətini davam etdirmək üçün malik olduğu resursların tükəndirməkdir. O hesab edir ki, sanksiyalar artıq öz effektivliyini göstərməklə Rusiyanın maliyyə sistemini “çökülmək ərəfəsində” olduğunu göstərir.