Bu gün Azərbaycanımız vüsətlə inkişaf edib çiçəklənir

Bu gün Azərbaycanımız vüsətlə inkişaf edib çiçəklənir Azərbaycanda həyata keçirilmiş instrastruktur layihələri ölkəmizi tamamilə yeni bir səviyyəyə qaldırmışdır. Əmək insanın həyatının, onun sağlamlığının və firavan yaşayışının birinci və əsas şərtidir. Xoşbəxtliyin, bəxtiyarlığın açarı zəhmətdə, alın tərindədir. Səadətə, xoş günlərə gedən yol yalnız əmək cəbhəsindən keçir. Əmək insanı ucaldır, onu şöhrətləndirir. Məhz Azərbaycanın inkşafı üçün yeni layihələr hazırlanır və pilləli şəkildə həyata keçirilir. Bu layihələrdən biri də Şirvan suvarma kanalının təməlinin qoyulması çox əlamətdar hadisədir.
Son illər Azərbaycanda həyatda keçirilən intrastruktur layihələr arasında bu layihənin xüsusi əhəmiyyəti vardır. 2024-cü il aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyulma mərasimindəki çıxışında cənab prezidentimiz İlham Əliyev bildirmişdir ki, bu layihənin yerinə yetirilməsi Azərbaycanda kənd təsərrüfatının, bəzi sosial sahələrinin inkşafına təkan olacaqdır. Artıq bu kanalın Şirvan kanalı adlandırıldığını vurğulayan dövlətimizin başçısı bildirib: "Faktiki olaraq kanal yenidən inşa ediləcək və beləliklə, minlərlə insan bu layihədən faydalanacaq. 120 kilometrlik kanalın uzunluğu iki dəfə artırılacaq və 200 km- dən çox olacaq. Əkin sahələrinə gəldikdə isə o da iki dəfədən çox artırılacaq". Həmçinin Prezidentimiz İlham Əliyev Şirvan suvarma kanalının açılışında növbəti çıxışlarından birində qeyd etmişdir ki: "Ölkəmizdə orta məhsuldarlıq hər hektardan 3 tondan bir qədər çoxdur. Su olanda, yeni texnologiyalar tətbiq ediləndə, texnika, dövlətin dəstəyi, özəl sektorun fəaliyyəti- bütün bu amillər birləşəndə sevindirici nəticələri əldə etmək mümkün olur". Prezidentimiz eyni zamanda bunu da bildirmişdir ki, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur torpaqlarında indi quruculuq işləri ilə bərabər, kənd təsərrüfatının inkşafı geniş vüsət almışdır. Öz doğma ata-baba torpaqlarına qayıdan vətəndaşlar artıq bu imkanlardan istifadə edirlər. Eyni zamanda, ən müasir texnologiyaların tətbiqi nəticəsində orada həm taxılçılıq, həm meyvəçilik, bostançılıq, üzümçülük geniş vüsət alacaq. Bu gün Azərbaycanımız vüsətlə inkişaf edib çiçəklənir. Doğrudanda Azərbaycanın dövlət başçısı xalqın rifahını yüksəltmək üçün əlindən gələni əsirgəmir. Bütün bunlar müstəqil Azərbaycanın sabahına nikbin baxmağa əsas verir.

Maştağa qəsəbəsi, 187 nömrəli tam orta məktəbin
ingilis dili müəllimi Təranə Bədəlova



Oxşar xəbərlər