
Azərbaycanın son 30 illik tarixinin zərgər dəqiqliyi ilə hazırlanan və yürüdülən məqsədyönlü siyasətinin nəticəsidir. Xankəndinin azadlığı - Ulu öndər Heydər Əliyevin beynəlxalq təşkilatların toplantılarında Qarabağı sanki kitab kimi səhifə - səhifə anlatması, Qarabağın əsl həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdırması, Prezident İlham Əliyevin beynəlxalq kürsülərdən Qarabağın əsl tarixini Ermənistan rəhbərliyinə anlatması, həqiqətlərin üzərinə işıq salması dünyanın siyasi gündəmində Qarabağ mövzusunu daimi olaraq aktual etdi. Bütün tribunalarda sözümüzün əvvəli də, sonu da Qarabağ oldu.
Martın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb.
Artıq dördüncü ildir ki, bayramları, əlamətdar günləri fərqli ovqatda, böyük ruh yüksəkliyi ilə qeyd edirik. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz 30 ildə hər bayram günlərində dilədiyimiz arzuları reallıqla əvəzlədi. 30 ildə xalqımız bu arzu, amal ilə yaşayırdı ki, torpaqlarımız işğaldan azad edilsin, soydaşlarımız doğma yurd-yuvalarına qayıtsın, bu torpaqlarda yeni həyat başlasın.
Azərbaycan bu illər ərzində hər bir sahədə inkişaf etdi, zəngin təcrübəsi ilə diqqətdə oldu. Dövlət başçısı İlham Əliyevin bayram təbrikində qeyd olunduğu kimi, Azərbaycan xalqı iyirmi il ərzində torpaqların azad olunmasına hazırlaşdı. Bir çox istiqamətlər üzrə planlı şəkildə işlər getdi. Siyasi müstəvidə dünyada Azərbaycanın mövqeləri möhkəmləndi, dostlarımızın sayı böyük dərəcədə artdı. Beynəlxalq təşkilatlar bizim təşəbbüsümüzlə münaqişə ilə bağlı mövqeyimizi dəstəkləyən və beynəlxalq hüquqa əsaslanan qərar və qətnamələr qəbul etdi, münaqişənin həlli üçün hüquqi, siyasi zəmin yaradıldı. Ölkəmiz iqtisadi inkişafa nail oldu. İqtisadi müstəqilliyimizin təmin edilməsi ölkəmizin siyasi mövqeyinin möhkəmləndirilməsini şərtləndirdi. Güclü iqtisadiyyat imkan verdi ki, siyasi müstəvidə öz siyasətimizi müstəqil şəkildə aparaq. Bu gün Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, onun siyasəti tamamilə müstəqildir, ancaq və ancaq Azərbaycan xalqının maraqlarına, iradəsinə əsaslanır.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, altı ay bundan əvvəl uğurla keçirilmiş antiterror əməliyyatı beynəlxalq hüququn, Azərbaycan xalqının əyilməz ruhunun təntənəsidir. Bir daha göstərdik ki, öz yolumuzdan dönməyəcəyik, Ermənistanın arxasında istənilən qüvvələr dursalar belə, biz öz istədiyimizə nail olacağıq və nail olmuşuq. Bir günlük antiterror tədbirləri nəticəsində ərazilərimiz separatçılardan təmizləndi, suverenliyimiz tam bərpa olundu. Dövlət başçısı İlham Əliyev Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə Azərbaycan Bayrağını ucaltdı. Cari ilin mühüm hadisələrindən bəhs edərkən yeni dövrün başlanğıcı olan 7 fevral prezident sekiləri xüsusi qeyd edilir. Fevralın 7-də Prezident İlham Əliyevin ailə üzvləri ilə birlikdə Xankəndi şəhərində səs verməsi qürurverici hadisələrimiz sırasındadır.
Müzəffər Ali Baş Komandan İlham Əliyev Xankəndi şəhərinin əsas meydanında Novruz tonqalını alovlandırarkən bu meydanı “Zəfər meydanı” adlandırdı. Dövlət başçısı İlham Əliyevin bu meydanda Novruz tonqalını alovlandırması, Azərbaycan xalqını Xankəndidən təbrik etməsi Ermənistana və ona havadarlıq edən dövlətlərə növbəti mesaj oldu. Bir daha bütün dünyaya bəyan edildi ki, bu torpaqların əsil sahibi bizik. Prezident İlham Əliyev təbrikində bu mühüm məqama da diqqəti yönəltdi ki, bu ilin 26 fevral tarixində Xocalı şəhərində xocalılılarla birlikdə Xocalı Memorial Kompleksinin təməli qoyuldu. Xankəndidəki qanunsuz inşa edilmiş şeytan yuvası – dırnaqarası parlament binası və onun yanındakı terror təşkilatının binası həmin tarixdə sökülməyə başladı və yerlə-yeksan edildi. Separatçıların izi-tozu da qalmadı.
Prezident İlham Əliyev artıq dörd ildir Novruz tonqalını işğaldan azad edilmiş ərazilərimizdə alovlandırır. 2021-ci ildə bu sevinci Qarabağın tacı Şuşa, 2022-ci ildə Suqovuşan, ötən il Talış kəndi yaşadı. Müzəffər Ali Baş Komandan bu məkanlardan Ermənistana və ona havadarlıq edən dövlətlərə mesajlarını çatdırıb. Xankəndi şəhərindən Azərbaycan xalqına Novruz təbriki də mühüm çağırışlarla, mesajlarla zəngin oldu. Dövlət başçısı bəyan etdi: “Biz hamımız fəxr edirik ki, biz özümüz ədaləti bərpa etdik, torpaqlarımızı işğalçılardan azad etdik, öz gücümüzü göstərdik və bundan sonra hər kəs bizimlə hesablaşmalıdır, əks təqdirdə, özü peşman olacaq”.
Bakıxanov qəsəbəsi, 74 nömrəli tam orta məktəbin
İbtidai sinif müəllimi Xəyalə Ağayeva