
Direktoru özü isə xeberle.com-a belə bir faktın olduğunu təsdiqləyib. Lakin o, hadisənin məktəbdə deyil, dərs bitəndən sonra baş verdiyini deyib.
B.Səlimxanov hadisəylə bağlı Sumqayıt şəhər Polis İdarəsinə aparılması ilə bağlı yayılan məlumatları isə təkzib edib: “Belə bir hadisə olub. Amma dərs bitəndən sonra. Həmin şagird məktəbdən çıxandan sonra qaçırılıb. Mənim polisə aparılmağımla bağlı məlumat isə tamamilə yalandır. Hazırda iş başındayam”, - deyə direktor bildirib.
Direktor qaçırılan şagirdin adını açıqlasa da, etik baxımdan məktəblinin ad və soyadını vermirik.